Sən elə bilirsən-VİDEO

Sən elə bilirsən-<span style="color:red;">VİDEO
27 noyabr 2014
# 16:23

Kulis.Az teleaparıcı Kəmalə Mustafayevanın ifasında Cəlil Cavanşirin "Sən elə bilirsən" şeirini təqdim edir.

Sən elə bilirsən…

sən elə bilirsən,
məni tərk etsən
göy üzü çökəcək, ulduz axacaq
gecə düşməyəcək,
gün doğmayacaq?

gör kimlər tərk edib, unudub, atıb
eh, hardan biləsən səndən öncə də
bunu yaşamışam
bir az darıxıb
sonra alışmışam bu get-gəllərə.
bilirsən,
əvvəl də gedən çox olub
gör kimlər ağladıb,
kimlər ovudub.
sonra peşman olub geri dönənlər
arxamca qan-qarğış edən də olub
ürək üzü bərkdir, çoxdan unudub...
çoxdan unudulub
çıxıb gedənlər...

sən də hamı kimi çıxıb gedirsən
nə fərqi
kimsə var,
ya kimsə yoxdu.
bizdə qadın çoxdu kişi sayından
bir də nə fərqi var sevənim çoxdu?
Vallah, vicdan haqqı
inan sözümə
hələ ki, yerinə namizəd yoxdu...
gedirsən,
bu qədər kandarda durma
qapını tez bağla
hava soyuqdu...

məndən gedənlərdən xəbər al,
soruş.
yaman laqeyidəm
etibarsızam.
“yaman unutqanam,
ürəyi daşam.”
sənə deyəcəklər necə adamam.
sənə deyəcəklər necə “oğraşam”.
mən yorğun adamam, bağışla, çıx get
çıx get,
nə qədər ki, ağlamamışam.


sən elə bilirsən bütün şairlər
içir,
tənha qalır,
sonra ağlayır?
sən elə bilirsən tərk edilənlər
dəbdən yox,
dərdindən saqqal saxlayır?
sən elə bilirsən,
həzin mahnılar
sənin boşluğunu doldurmayacaq?
elə bilirsən ki, daha bu evdə
heç kəsə şeirlər oxunmayacaq?
vallah,
vicdan haqqı,
narahat olma.


vallah düz sözümdü, çıx get, yubanma
məni xoşbəxt etmir birlikdə olmaq
mənim ki, yalqızlıq,
təklikdi ancaq.
bir də qadan alım
açarı qoy get,
qapını bağlama,
gələn olacaq...

# 2114 dəfə oxunub

Oxşar xəbərlər

Ateistlər deyir, fırlanır, imamlar deyir, yox SORĞU

Ateistlər deyir, fırlanır, imamlar deyir, yox SORĞU

15:45 20 fevral 2015
Xanlar Əhmədov: “O boyda Bulvarda bir dənə heykəl yoxdur”

Xanlar Əhmədov: “O boyda Bulvarda bir dənə heykəl yoxdur”

17:35 17 fevral 2015
Tofiq Ağababayev:"Bakının açarı Brejnevdə getdi"

Tofiq Ağababayev:"Bakının açarı Brejnevdə getdi"

14:10 16 fevral 2015
Bir gecəlik qadının sirləri

Bir gecəlik qadının sirləri

13:21 13 fevral 2015
Nəyin kəsilməyini heç istəmirsiz?-küçə sorğusu

Nəyin kəsilməyini heç istəmirsiz?-küçə sorğusu

18:52 2 fevral 2015
Bakıda seks sorğusu

Bakıda seks sorğusu

11:16 29 yanvar 2015
# # #