"Teatr" məqaləsinə 1000 manat veriləcək MÜSABİQƏ

"Teatr" məqaləsinə 1000 manat veriləcək <span style="color:red;">MÜSABİQƏ
1 oktyabr 2014
# 10:13

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi «Teatr sənəti mövzusunda ilin ən yaxşı məqaləsi» adlı müsabiqə elan edib. Kulis.Azın məlumatına görə müsabiqənin məqsədi teatr sənətinin müxtəlif sahələrinə həsr edilmiş məqalələri dəyərləndirmək, təbliğ etmək, gənc teatrşünasları, jurnalistləri bu mövzularda yazmağa həvəsləndirməkdir.

Müsabiqə beş nominasiya üzrə keçirilir:

Ən yaxşı resenziya;

Ən yaxşı nəzəri araşdırma;

Ən yaxşı portret yazı;

Ən yaxşı tənqidi məqalə;

Ən yaxşı müsahibə.

Müsabiqədə yaşı 35-dək olan, peşəkar, gənc teatrşünasları və teatr sahəsindən mütəmadi olaraq məqalələr yazan KİV nümayəndələri iştirak edə bilər.

Müəlliflər məqalələri fevral ayının 15-dən noyabr ayının 1-dək «Mədəniyyət» qəzetinin (Bakı şəhəri, Moskva prospekti 1. Dövlət Film Fondu, V mərtəbə) və «525-ci qəzet»in (Bakı şəhəri, Ş.Mustafayev küçəsi 27/121) redaksiyalarına təqdim etməli, yaxud e-mail ünvanlarına ([email protected], [email protected], [email protected]) göndərməlidirlər.

Hər iştirakçı müsabiqəyə yalnız bir məqalə təqdim edə bilər.

Ən yaxşı beş məqalə seçilərək birinci, ikinci və üçüncü yer və iki həvəsləndirici mükafata layiq görüləcəkdir.

Birinci yer üçün 1000 (min), ikinci yer üçün 800 (səkkiz yüz), üçüncü yer üçün 500 (beş yüz), iki həvəsləndirici mükafat üçün isə hər birinə 300 (üç yüz) manat pul və diplom nəzərdə tutulur.

Müsabiqədə iştirak etmək istəyənlər məqalənin A4 formatda çap olunmuş və ya elektron variantı ilə yanaşı, qısa tərcümeyi-halını, əlaqə telefon nömrəsini də təqdim etməlidirlər.

Müsabiqənin nəticələrinin elan edilməsi və qaliblərin mükafatlandırılması mərasimi 2014-cü ilin noyabr ayında M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında keçiriləcək. Nəticələr məqalələrin təqdim olunduğu qəzetlərdə (“Mədəniyyət”, “525-ci qəzet”) və nazirliyin internet saytında (mct.gov.az) dərc olunacaq.

# 1449 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

18:40 26 aprel 2024
Məhəmməd Füzuli yaradıcılığına həsr olunmuş tədbir keçirildi

Məhəmməd Füzuli yaradıcılığına həsr olunmuş tədbir keçirildi

18:00 26 aprel 2024
Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkar olundu - Foto

Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkar olundu - Foto

17:30 26 aprel 2024
“Arxa cəbhənin insanları”  ssenari müsabiqəsi davam edir

“Arxa cəbhənin insanları” ssenari müsabiqəsi davam edir

17:00 26 aprel 2024
"Atatürk II" filminin yayım tarixi açıqlandı

"Atatürk II" filminin yayım tarixi açıqlandı

16:15 26 aprel 2024
“Azərbaycanın görkəmli musiqiçiləri”  adlı klassik musiqisi gecəsi keçirildi

“Azərbaycanın görkəmli musiqiçiləri” adlı klassik musiqisi gecəsi keçirildi

16:00 26 aprel 2024
# # #