Bu gün italyan aktrisa, öz gözəlliyi ilə milyonlarla kişini heyran etmiş Monika Belluççinin 50 yaşı tamam olur.
Kulis.Az Monika Belluççinin sitatlarını və fotolarını təqdim edir.
Qocalanda öz şəkillərimi yox, uşaqlarımı seyr etmək istəyirəm.
Qadın elə sevər, sanki heç vaxt getməyəcək. Qadın elə gedər, sanki heç vaxt sevməyib.
İnsanlar ağlı da bağışlaya bilərlər, istedadı da, gözəlliyi - əsla!
Əslində, kişiləri idarə etmək daha asandır. Qadınlar beş dəqiqəyə nə cür insan olduğunu başa düşür. Bəli, gözəlsiniz, amma qadın mütləq onun arxasında gizlənəni görmək istəyir.
Gözəllik iki halda qadın üçün problemə çevrilir: o olmayanda və ondan başqa heç nə olmayanda.
Kişilər öz güclərini qadınların hesabına saxlamaq istəyirlər. Оnlar azad və gözəl qadınlardan qorxurlar, yanlarında özlərini güclü hiss edəcəkləri balaca qızcığazlara meyllənirlər.
Gözəllik paltarla örtülü olanda canlı və maraqlı olur.
Lazımi tərbiyə almısansa və gözəlliyindən necə istifadə edəcəyini bilirsənsə, axmaqlıq – mane olmaz.
Aktrisa olmaq – qadınlığın ən yüksək zirvəsidir.
Qadının seks həyatı yoxdursa, özünü öldürməlidir.
Mən aqnostikəm, bütün dinlərə hörmətim var. İnandığım şey isə gizli bir enerjisinin varlığı və onun sayəsində okeanların dolduğu, insanların və təbiətin ahəngidir.
Hamımızın illüziyaya ehtiyacımız olur. Elə ona görə də filmləri sevirik.
Məncə, vaxt hər şeyi məhv edir. Bir gözəl, qırmızı alma düşünün, vaxt keçdikcə o xarab olur, qurd basır. Zaman bizimlə də eyni cür davranır.