Seksual görünməyin 7 yolu

Seksual görünməyin 7 yolu
3 iyun 2014
# 13:47

Rəfiqə Məmmədova yazır

Komplekslərimizin olduğunu çox vaxt boynumuza almasaq da hər qadın ən az bir kompleksə sahibdi. "Bu gün qaydada deyildim, məni filankəs niyə gördü", "Görəsən burnum yandan necə görünür, mənə baxır", "Güzgüyə necə baxım ki, o görməsin", "Saçlarım necə görünür?" və s. kimi axmaq-axmaq fikirlər hər qadının beynindən ən az bir dəfə keçib. Gəlin sizi sevindirim...

1. Makiyajsız sima

Qadınlar ömür boyu makiyaj ləvazimatlarına maaşlarının ya yarısını, ya da hamısını xərcləyir. Amma kişilər pomadasız dodağı və kirşansız yanaqları öpməyi daha çox sevirlər. Həmçinin makiyajsız sima özünəgüvənin göstəricisi kimi qəbul olunur.

2. Qırışlar

Qadınlar qırışlara görə çox narahat olsalar da kişilər buna o qədər fikir verməzlər. Kişilər qırışıqlıqları eyib olaraq deyil, təcrübə və dolğunluq ifadəsi kimi qəbul edir.

3. Sərxoş olub zəng etmək

Gəldik ən əyləncəli məsələyə. Yəqin çox xanım rəfiqələriylə içdikdən sonra ağlaya-ağlaya sevgilisinə zəng edib. Səhər oyananda isə heç vaxt yaşamadığın möhtəşəm bir utanc duyğusu boğazında ilişib qalır. O duyğuyla vidalaşın. Statistik göstəricilərə görə xanımların sərxoşkən zəng edib darıxmaq və ya sevmək haqda danışmaqları kişilərin çoxunu cəlb edir. Sizin belə bir vaxtda onu xatırlayıb zəng etməniz, səmimi cümlələriniz o qədər də qorxuducu deyilmiş.

4. Dağılmış makiyaj

Gecə makiyajınızı silməyi unutmağınız və ya təzələnməmiş makiyajla görünməyiniz heç də ürküdücü deyil. Mütəxəssislərin fikrinə görə dağılmış makiyaj yepyeni gözqamaşdırıcı makiyajdan daha xoşagələndir və kişilər bunu daha seksual hesab edirlər.

5. Ağıllı qadınlar

Həmişə elə düşünmüşəm ki, kişilər ağılsız qadınları daha çox bəyənir. Lakin internetdə uzunmüddətli axtarışlardan sonra gördüm ki, statistika belə deyil. Belə ki, kişilər ağıllı qadınları daha seksual hesab edirlər, amma bir şərtlə ki, qadının ağlı kişinin həyatını idarə edəcək səviyyədə olmasın.

6. Yerdən ayaqqabılar

Hündürdaban ayaqqabılar kişilərlərdə başgicəlləndirici təsri yaratsa da bəzən ked və ya “vetnamka” geyinməyiniz də onların xoşuna gələr. Təbii və rahat olmağınız 15 santimetrlik ayaqqabıdan daha cəlbedici və xoşagələndir.

7. Rahat geyim

Münasibətləriniz müəyyən bir nöqtəyə gəlib çıxdıqdan sonra hər görüşə saatlarla bəzənib getməyinizə ehtiyac yoxdu. Gözəl və seksual olduğunuzu artıq görüb. İndi öz təbii gözəlliyinizlə onu valeh edin və özünə güvəninizi nümayiş etdirin.

Unutmayın, bunları mən demirəm, mütəxəssislər deyir.

# 6994 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
#
#
# # #