Qismət lezbiyan və geylərin paradından yazır...

Qismət lezbiyan və geylərin paradından yazır...
4 iyul 2013
# 07:45

Dolmabaxçada bələdçi qız sarayın tarixini danışmağa başlayanda, dolma sözünü eşidən həmvətənlərimin şərti refleksi ilə istədim qızın sözünü kəsib deyim ki, dolma bizimdir. Özümü zorla saxladım. Deyir, adamı yolda tanıyarlar, istəmədim həyat yoldaşım məni belə tanısın, qız məni ağıllı-başlı adam bilib, könül verib, durub muzeydə “dolma bizimdi” desəm, işin zibili çıxar. Amma fürsətdən istifadə edib demək istəyirəm ki, dolma bizimdir.

Dolmabaxçadan çıxıb yollandıq Eminönünə kəmərimizin altını bərkitməyə, sonra isə bir az dincəlmək üçün üz tutduq otelə sarı. Taksimdə metrodan çıxanda, əlim-ayağım boşaldı. İstiklal caddəsində bəlkə də 50 min adam vardı; hamısının da əlində və dilində şüarlar; Rəcəb Tayyipin qabırğasına döşəyirdilər. Bu 50 minlik adamın yalan olmasın bəlkə də yarıdan çoxu qeyri-ənənəvi cinsi oriyentasiya sahibləri idi: lezbilər, geylər, translar, biseksuallar. Hər yerdə LGBT-nin bayraqları dalğalanırdı. Ürəyimdə dedim, pah atonnan, nə yaman yerdə axşamladıq. Bizim otel caddənin ayağındadı, indi get görüm, necə gedirsən. Qaldığın otel caddənin ayağındadırsa və həmin küçədə aksiya varsa, axına qoşulmalısan, məcbur. Nə çəkdik bə!

Nə isə, başladıq bala-bala üzü otelə sarı getməyə və birdən aksiyaçılardan kimsə meqafonla növbəti şüarı səsləndirdi: Zıpla, zıplamayan Tayyipdir ! 50 min adam birdən başladı zıplamağa. Ağılasığmaz bir uğultu başladı. İlahənin gözlərinə baxdım, bizi gic bir gülmək tutdu. Polislər də gülürdü. Hər beş dəqiqədən bir şüar dəyişirdi. On beş-iyirmi gün əvvəl hadisələrin qızğın vaxtı aksiyaçılara qapılarını bağlayan “Mado” və “Starbucks coffee”nin yanından keçəndə, 50 min adam birdən fit çalmağa başladı. Otelimizə yaxınlaşdıqca, şüarlar bir-birini əvəz edirdi, sonunculardan biri beləydi: Diren, öpsün seni Zeki Müren.

Turist kimi iştirakçısına çevrildiyimiz aksiyanın axşamı oteldə düşünməyə başladım ki, səfərimizi yekunlaşdırsaq yaxşıdı, bu şehir insana tuzak kuruyor.

# 2349 dəfə oxunub

Oxşar xəbərlər

Bürclərə inanmaq cahillikdir

Bürclərə inanmaq cahillikdir

15:00 3 avqust 2023
İsa Qəmbərin oğlu niyə ermənilərə yarınmaq istəyir?

İsa Qəmbərin oğlu niyə ermənilərə yarınmaq istəyir?

17:30 27 aprel 2023
Cəmiyyətimizdəki məntiq çatışmazlığının səbəbi

Cəmiyyətimizdəki məntiq çatışmazlığının səbəbi

16:11 25 aprel 2023
Eşidirsənsə, əlimi sıx!

Eşidirsənsə, əlimi sıx!

12:00 25 aprel 2023
Azərbaycanda seks ləğv olunsun!

Azərbaycanda seks ləğv olunsun!

11:00 14 aprel 2023
Pərviz Bülbülənin qalib gəldiyi dövlət qurumu

Pərviz Bülbülənin qalib gəldiyi dövlət qurumu

09:30 13 aprel 2023
# # #