Bakıya gələn qeyri-adi turisti istismar edənlər

Bakıya gələn qeyri-adi turisti istismar edənlər
7 oktyabr 2019
# 12:39

Bakıya bir turist gəlib. Amma bu turist siz bildiyiniz turistlərdən deyil. Turist deyirəm, siz isə “insan” oxuyun. Doğrudan, onu görənlər təəccübünü gizlədə bilməyiblər.

İnsana bənzəmir o turist. Üzündə insanlığa qarşı inqilab edib. Daha doğrusu, öz təbii görünüşünə etiraz. Post insan dediyimiz bu olsa gərək...

Adı Rolf Buchholz olan bu qeyri-adi insan şəhərimizin küçələrində gəzir, adamların marağına səbəb olur. İnanmaq mümkün olmasa da, bu zəhmətkeşin 60 yaşı var.

Dodağında 94, bədənində isə 453 pirsinq var... Vauu... Bədənində ən çox deşik olan adam kimi məşhurdur. Hətta Ginnesin rekordlar kitabında düşməyi də bacarıb.

Başında buynuzu da var Rolfun. Ən çox da şəhərimizdə bu buynuzlar diqqəti çəkib. Çox güman uşaqlar görüb qorxublar.

Rolfun buynuzu hər yerdə ona problem yaradıb. İnsanlar onun buynuzlarına baxanda kənar gəziblər, bəziləri hətta qorxduqlarını gizlədə bilməyiblər. Müsahibələrinin birində deyir ki, Dubaya gedəndə onu ölkəyə buraxmayıblar, geri öz ölkəsi Almaniyaya göndəriblər.

Bir sözlə, dostumuzun buynuzu var buynuzu!

Image result for Rolf Buchholz Bakıda

Sosial şəbəkələrdə fotoları yayılan Rolfun məşhurluğu artıq ölkəmizə də yayılıb. Gəzdiyi Bakı küçələrində öz izini qoyub, hamı onu tutub saxlayır, şəkil çəkdirir. Rolf isə şəkillərdə gülümsəyirmi, kədərlidirmi, bilinmir. Onun üz cizgilərini ayırd etmək olmur.

İnsanlarımız onun qəribə üzündən qorxur, lağ-lağı edir, şəbədələr qoşurlar. Bəlkə də analar uşaqlarını yatızdırmaq üçün xortdan yerinə Rolfun fotosunu göstərir. Bu da yeni dünyanın qorxu metodu...

Mənə də ilk baxışdan qəribə gəlmişdi bu adam. Sonra düşündüm. Düşündüm ki, Rolf insanın anatomiyasına, fizionomiyasına üsyan edir, özünün yeni insan modelini yaradır.

Rolfun Bakıya gəlməyindən istifadə edənlər də var. Təəssüf ki, “Əli və Nino” kitab şəbəkəsi alman turistdən marketinq vasitəsilə, özü də irqçi bir münasibətlə istifadə edib. Edib ki, qoy camaat kitab alsın. Ancaq onlar “Hər cür alıcımıza şadıq” başlığı altında paylaşdığı foto ilə anlaşılmaz bir münasibət göstərib. Necə yəni hər cür? Özü də bu “hər cür” mənə nəsə ikibaşlı gəldi. Rolfun simasına lağ etmək vardı burda...

İnsanları görünüşlərinə görə lağ etmək olmaz.

Elə bil fiziki məhdudiyyətlidir Rolf.

Lap fiziki məhdudiyyətli olsa belə...

Onu bu cür təqdim etmək yaraşmaz...

Axı insan xaricinə görə yox, daxilinə görə insandır.

Geyim kimi fiziki qüsur da, fərqlilik də insanın öz rəngidir.

O rəngə isə qara yaxmaq qəti olmaz!

Kitab mağazası gərək bunu etməsin. İnsanlara mənəviyyat, oxumaq, üfüqlərini genişləndirmək kimi dəyərləri aşılayan kitab mağazası niyə bunu etsin ki? Bəlkə təklif edək ki, satdığınız kitablardan oxuyasınız? Hər şey pul və maddiyyat deyil. Önəmli olan insani yanaşmadır.

Rolf bunu sübut etdi: demək ki, səmimi deyilsiniz. Deməli siz gərçək kitab təbliğatı aparmırsınız. Ayıb olsun!

# 6376 dəfə oxunub

Oxşar xəbərlər

Vəziyyət o qədər pisdir ki,  Elxan Elatlı da kirayədə yaşayır

Vəziyyət o qədər pisdir ki, Elxan Elatlı da kirayədə yaşayır

14:25 14 fevral 2025
Niyə evtanaziya əcəldən daha yaxşıdır?

Niyə evtanaziya əcəldən daha yaxşıdır?

17:00 11 fevral 2025
Vətənə, millətə xəyanət, uşaq istismarı

Vətənə, millətə xəyanət, uşaq istismarı

12:00 23 yanvar 2025
Sənət Allah üçündür

Sənət Allah üçündür

09:00 22 yanvar 2025
Peyğəmbərlik nədir?

Peyğəmbərlik nədir?

15:00 7 yanvar 2025
Jurnalistləri və saytları söyən adamlar

Jurnalistləri və saytları söyən adamlar

14:14 6 yanvar 2025
#
#
# # #