Gəncliyində yüz oyundan çıxanların ağsaqqallığı

Gəncliyində yüz oyundan çıxanların ağsaqqallığı
2 avqust 2019
# 11:20

Cari vaxtda dünyanın ən uğurlu adamları yəhudi millətinin nümayəndələridir. Dünyanın ən ağır ailə institutlarını da yaponlarla yəhudilər bölüşür. Hər iki xalqın nailiyyətləri göz qabağındadır.

Yəni ki, mentalitet sözünü "mentualitet" kimi yazmaqla palanı döyəcləməyin. Gedin, təhsil sisteminizin, çatışmayan və ya ümumiyyətlə olmayan psixoloq ştatınızın yaxasından yapışın.

Bizim çoxumuz Əmrahın "Unuta bilsem", Sezenin "Gidoyorum, kokun hala üzerimde", Tarkanın "Asla, vaz keçemem"lerinden keçmiş adamlarıq.

Elə bilirsiniz, o vaxtlar razılıqsız nikahlara görə intiharlar olmurdu?! Bu məsələ təhsil sistemi düzəlməyincə, aydın baxışlı valideynlər ordusu yaranmayınca həllini tapmayacaq!

Gülər balanı 32 yaşlı oğlana yox, məhz universitetdə təhsil alan - aşiq olduğu oğlana versəydilər, canına qıymayacaqdı. 17 yaşlı qızımızın məqsədi bütün hallarda ailə qurmaq olub. Kövrək arzuları bununla pardaqlanıb. Universitetdə oxuyan oğlan deyib ki, gözlə, universiteti bitirim, sonra evlənərik. Bu da deyib, yaxşı. Amma valideynləri perspektivi 32 yaşlı cavanda görüblər.

Və qız qarşıdakı "ayrılığı türk mahnılarında doya-doya yaşamaq mərəzi"nə tutulur. Peşə məktəbinin tələbəsi, hər hansı bir dərnəyin üzvü olsaydı nə yaxşı olardı, deyilmi?! İntizarı yaradıcılığa çevirməkdən gözəl nə ola bilər ki?! Çevirdikcə də hər mənada ustalaşırsan!

Ailə quranda övladları başlı-başına öz seçiminin umuduna qoymağın da, valideyn hökmünün icrasına buraxmağın da qəti əleyhinəyəm.

Gərək sevəsən e. Uğrunda üzün üzlər görsün. Yolundakı maneələri aşıb bərk-bərk sarılasan. Tik-tok çəkib qəmli mahnıların təsiri altında özünə qıymayasan. Sonra da “bolşe” sosioloq, “menşe” kulturoloq, “nastupayuşi” folklorşünas qismində bibilər və əmilər, xalalar və dayılar sən yaşıdda olanda min hoqqadan çıxmağını unudub haqqında köşələr yazıb qonorar alacaqlar.

Necə oxumuşdun, ay Gülər, "sənin küçük bir elvidan böyle, böyük bir aşkı da, həyatı da bitirdi..."

# 4420 dəfə oxunub

Oxşar xəbərlər

16 yaşlı qızı qaçıran axund kimə güvənir?

16 yaşlı qızı qaçıran axund kimə güvənir?

12:37 21 iyun 2025
Pampers dərdi və bərbər

Pampers dərdi və bərbər

10:00 14 iyun 2025
İsmayıl qurbanı əhvalatının müasir versiyası

İsmayıl qurbanı əhvalatının müasir versiyası

12:00 6 iyun 2025
Bu nə iş idi başıma gətirdin, mələk oğlum?

Bu nə iş idi başıma gətirdin, mələk oğlum?

12:00 2 iyun 2025
Röyanın Kannda nə işi var?

Röyanın Kannda nə işi var?

14:30 24 may 2025
Kütlə həmişə kütdür

Kütlə həmişə kütdür

12:00 11 may 2025
# # #