Nizamiyə fars deyən İlbər Ortaylının türkçülüyü

Nizamiyə fars deyən İlbər Ortaylının türkçülüyü
18 aprel 2019
# 10:16

Ayxan Ayvaz

İlbər Ortaylı haqda kəskin bir fikir yazmışdım:

“Sizə deyim, İlbər Ortaylı çox məzmunsuz adamdı. Kitabının adı "Türklərin qızıl dövrü", milliyyətçi, populist zehniyyət. Orxan Pamuk haqda da deyir ki, iki dildə də yaza bilmir. Halbuki dünyanın 10 əsas müəlliflərindən biridi Pamuk. Bu nə diletant yanaşmadır? İndi də gedib bizim Yazıçılar Birliyinə üzv olub. Bu gedişlə prezident təqaüdü də alar”.

Görünür, daha geniş izaha ehtiyac var. Ola bilsin, barıtı çox eləmişəm.

Mən İlbər Ortaylının böyük tarixçi olduğunu danmıram. Hətta sizə belə deyim: İlbər abi daha çox fikir adamıdır. O, tarixi öz yozumu ilə təqdim edir və təbii ki, bu yozumlar zaman-zaman diqqət çəkir, böyük maraq doğurur. Sonuncu dəfə Bakıdakı imza günü izdihamından da məlum olurdu ki, haqqında danışdığımız adam elə-belə biri deyil.

Amma və lakin. Hər insanın səhvi olduğu kimi, İlbər Ortaylının da dikir fabrikasında səhvən “ürətdiyi” fikirlər var. Birinci fikri dəfələrlə təkrarlandı: "Orxan Pamuku oxumayın. İki dildə də yaza bilmir”.

Və türkçə yaza bilmədiyini belə sübut edir:

Orhan Pamuğun yazır: “İmam günde beş kere caminin balkonuna çıkıp ezan söylüyordu”.

İlbər Ortaylının düzəlişi: “İmam değil muezzin, beş kere değil beş vakit, balkon değil serefe, söylüyo değil okuyor”.

Haqlı ola bilər. Ancaq “Dünyanın roman öyrəndiyi türk” kimi təqdim edilən Orxan Pamuk haqda bu cür cığalca fikir nəyə lazım? Bu xırdaçılıqdan yapışıb dünyanın ən ciddi müəllifləri sırasına daxil olmuş bir yazarı yaza bilməməkdə suçlamaq diletant yanaşmadır.

İlbər Ortaylı daha sonra Nizami Gəncəvinin fars şairi olduğunu demişdi. Tarixçinin konsepsiyası belədir: şair hansı dildə yazıbsa, o dilin mədəniyyətinə mənsubdur.

Akademik, şərqşünas Bertelsin Nizami Gəncəvi haqqında kitabı var. Yəni hansısa bir azərbaycanlı yalançı millətçiliklə çıxıb deməmişdi bunu. O kitabda müəllif sübut etmişdi ki, Nizami Gəncədə doğulub və Azərbaycan şairidir.

Özü də Nizamini fars şairi kimi qəbul edən İlbər Ortaylı bu günlərdə Yazıçılar Birliyinə də üzv oldu. Özü də Anar müəllimin otağında. O otaq ki, Nizami Gəncəvinin əksi olan xalça ilə tanınır. Məncə, Anar müəllim İlbər Ortaylıya bir “töhmət” versin. Bu məsələ bir daha araşdırılsın.

Və sonra da İlbər hocamız sünnət toyunda da iştirak edib.

Tamam, mən razıyam, adam sempatikdir, mediatikdir, populistdir, güclü yumor hissi var. Bunları etməsə kütləni başına yığa bilməz. Hətta sizə deyim ki, bizdə elə tarixçilər var, İlbər hoca onların əlinə su tökməyə yaramaz. Sadəcə onlar quru və sakit olduqları, populist çıxışlarla, sempatik davranışlarla diqqətdə olmadıqları üçün böyük kütləyə çıxa bilmirlər.

Başda da dediyim kimi, İlbər Ortaylı tarixçidən daha çox fikir adamıdır. Onun müxtəlif mövzularda öz fikirləri var və bu həmişə maraqla qarşılanır. Biz də onu bütləşdirmədən, olduğundan yüksək mərtəbəyə qoymadan analiz etməli, əks arqumentlərimizi deməliyik.

Türklərin məşhur ifadəsi ilə yazımı bitirirəm:

"Boynuz kulağı geçdi, hocam!"

# 4626 dəfə oxunub

Oxşar xəbərlər

Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
# # #