Əziz Nesinin oğlunun Kulis.az-a müsahibəsi

Əziz Nesinin oğlunun Kulis.az-a müsahibəsi
19 noyabr 2014
# 09:15

Kulis.Az böyük türk yazıçısı Əziz Nesinin oğlu, jurnalist, yazıçı Əhməd Nesinlə müsahibəni təqdim edir

- Öncə “Əziz Nesin vəqfi”nin fəaliyyətindən danışaq mümkünsə...

- Vəqfdə hal-hazırda 46 şagird var. Bunlar orta təhsili bitirib universitetə hazırlaşan, magistratura təhsilinə davam edən uşaqlardır. Hər il məzunlarla yanaşı, yenidən qəbul etdiklərimiz də olur. Vəqf bir ailə evi kimidir, burda hamı qardaşdır. Vəqf hazırda böyük bir ev kimidir və oranı da öz yetirmələri idarə edir. Bizim vəqf bu qaydada davam edir. Dünyada yeganə bu cür qurumdur.

- Bir də Əziz Nesin adına nəşriyyat var.

- Bəli, Əziz Nesin adına nəşriyyat var. Əsasən onun kitablarını nəşr edirik. Uşaq kitabları yazan yazıçıları da çap edirik. Böyüklər üçün kitabların nəşrinə hələ başlanmayıb. Müəllif hüquqları almaqdansa, buna maliyyə itirməkdənsə qazancımızı vəqfin işlərinə xərcləyirik. 46 uşağın yaşaması, xərcləri o qədər də asan deyil. Ona görə, öz qazancımızı kənara xərcləmirik. Öz yağımızda qovrulmağa çalışırıq.

- Vəqfin fəaliyyəti ancaq Türkiyə çərçivəsindədir? Məsələn, beynəlxalq tədbirlər keçirirsinizmi?

- Almaniyada dərnək var. Bir neçə tədbir keçirilib. Orda da bir məktəb açılaraq Əziz Nesinin adı verilib. Bu cür tədbirlər çox nadir hallarda olur.

- Bu gün Türkiyədə Əziz Nesinə münasibət necədir? On il əvvəllə müqayisədə çoxmu dəyişiklik var?

- Çox fərq var. Biz dünyanın əksinə gedən, geriləyən bir ölkəyik. Bunu necə bacardığımızı bilmirəm. Amma bir gün dünyanı dayandırıb tərsinə fırlatmağa başlayacağıq.

- Davutoğlu “Madımak” otelinin (Sivasda Əziz Nesinə görə hücum olunaraq yandırılan otel – red.) muzey olması ilə bağlı bir açıqlama verdi.

- Oranı muzeyə çevirmək şərt deyil. Əsas şərt oranı yandıra biləcək təfəkkürdə olan insanlar yetişdirməməkdir. Tutaq ki, oranı muzeyə çevirdin, bəs Kahramanmaraşı, Sivası neyləyəcəksən? Problemlər azalmır ki! Mən haranınsa muzeyə çevrilməsinə ciddi baxmıram.

- Sizin yazdıqlarınızla Əziz Nesinin yazdıqları arasında bir bağ varmı?

- Mənim yazdıqlarım fərqlidir. Mən daha çox siyasi köşələr yazıram. Gündəlik siyasi yazılarla məşğulam. Hər il yazdığım yazıları toplayıb kitab şəklində çap etdirirəm. Peşəm jurnalistikadır.

- Bəs şeir, roman yazmırsınız?

- İki şeir kitabım nəşr olunub. Amma indi nadir hallarda şeir yazıram.

- Əziz Nesin Azərbaycanda hələ də populyardır. Dərgimizdə tez-tez onun hekayələri yayılır, maraqla oxunur. Bir vaxtlar Əziz Nesinin Azərbaycanda dostları da var idi. Hazırda münasibətlər nə yerdədir, dostluq münasibətlərini davam etdirirsinizmi?

- Onlar bura gəldikləri zaman xəbərim olanda görüşürdüm. Hazırda demək olar ki, əlaqələrimiz yoxdur.

- Çox təşəkkür edirik!

- Mən də.

# 2306 dəfə oxunub

Oxşar xəbərlər

Peyğəmbərlik nədir?

Peyğəmbərlik nədir?

15:00 7 yanvar 2025
"Qəzada ölənlərdən biri danışdı"

"Qəzada ölənlərdən biri danışdı"

13:15 26 dekabr 2024
Geylər niyə sürətlə çoxalır?

Geylər niyə sürətlə çoxalır?

12:16 23 dekabr 2024
Seriallarımızda ağsaqqallıq eləyənlər

Seriallarımızda ağsaqqallıq eləyənlər

12:19 19 dekabr 2024
“Sənə demişəm axı, heç bir qızı layk eləmə!”

“Sənə demişəm axı, heç bir qızı layk eləmə!”

15:00 16 dekabr 2024
Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
# # #