Nadir Qafarzadə ilə selfi çəkdirən "pis qadınlar"

Nadir Qafarzadə ilə selfi çəkdirən "pis qadınlar"
28 avqust 2019
# 10:44

Bir neçə gün öncə Türkiyədə qandonduran bir olay oldu. Uşağın gözünün qarşısında qadının başını kəsən keçmiş əri, təkcə uşağa yox, bütün cəmiyyətin sinir sisteminə zərbə vurdu. Bəlkə, milyonlarla “eminebulut” haştağları paylaşıldı, qınanıldı, söyüldü...

Bu eybəcər hadisənin belə qınanılmasını, qadınlara şiddət, təcavüzün azalması kimi qiymətləndirmək olardı. Ancaq çox keçmədi, ölkə saytlarında, facebookda Nadir Qafarzadənin şəkli ilə altında belə bir yazı yayıldı: “Pis qadının başı kəsilməlidir”.

Məncə, bizim “manıs”lardan belə sözlər gözləmək təbiidir. Necə deyərlər, mal mənimdi, keyfiyyətinə bələdəm.

Mən necə gündür fikirləşirəm “pis qadın” hansı qadındır?

O imkansızlıqdan satıcı, ofisiant işləyən qadınlar? Ya, gündə içib, sərxoş gələn kişilərdən bezib evi tərk edən qadınlar?

Evi tərk etmək demişkən, son günlər evi tərk edən qadınların sayı həddən artıq çoxalıb. Kimi dindirsən deyir, o qadının səhvi varmış, məlum olan kimi qaçıb. Heç kim anlamaq istəmir ki, burda xəyanət, zorakılıq, təcavüz faktorları da ola bilər.

Nadir Qafarzadə hansı istedada sahibdir ki, onun istedadsızcasına deyilmiş sözü də tirajlansın? Düzdür, dünən Nadir bəy şəhərə çıxmışdı və “pis” dediyi qadınlar onunla selfi çəkdirmək üçün özlərinə həşir gəlirdilər. Lakin bu məsələnin başqa yanıdır. Bizdə tarixən “manıs” tayfasına hörmət olub. Xatirə İslam hansısa restoranda şam yeməyi yeyir. Restoranın media meneceri dərhal şəkil paylaşır ki, Xatirə də bizi seçir...

Savadı, İQ-sü, zəkası olmayan bir oğlanı götürüb yetkinlik yaşına yenicə çatmış qızla evləndirəndə ortaya o qədər mənfi hallar çıxar. Qadını hiss etməyən, qadın mərtəbəsinə çatmayan, qadının yalnız nəsil davamçısı, ev təmizləyicisi olduğunu düşünən bir kişinin xanım haqqında uydurduğu bir fikir elə odur. Onun şalvarı ütülənsin, yeməyi vaxtında hazır olsun, uşağı saxlansın.

Bunlar olmayanda isə o, döyülüb, söyülüb, işgəncələrə məruz qalacaq. Bir müddət sonra qadın o kişidən soyuyacaq, son dərəcə həssas olan bir bəyə könül verəcək. Keçmiş bəy də durub deyəcək ki, o qadın əxlaqsızdır. Nadir Qafarzadə isə əlində bir balta qadının başını kəsməyə gələcək.

Nə maraqlıdır amma 10 min manata toyunda oxuyub xeyir-dua verdiyin qadınları bir-neçə aydan sonra pulsuz-parasız baltalamaq... Bir növü pis - yəni xeyir-duanı doğrultmayan qadınları islahetmə xidməti. Qısa desək: PQİX!

# 4418 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
# # #