Elinanın diktə etdiyi yeddi cümlə

Elinanın diktə etdiyi yeddi cümlə
26 aprel 2019
# 11:10

Övladlarımızı onları hər bir situasiyada dinləyəcəyimizə, anlayacağımıza, dərd və qayğılarına səmimi qəlbdən şərik olacağımıza inandıraq.

İnsan həyatı hər cür qondarma namus, qeyrət, əxlaq anlayışından, naftalin iyi verən “atalıq qüruru” və “analıq heysiyyatı”ndan, eyni zamanda dörd əllə sarıldığımız dünya cifəsindən qat-qat üstündür.

Valideynlərin və ümumən cəmiyyətin məsum bir qızcığazı ölümün ağuşuna atması, öz laqeyd, köntöy, milli mentalitetlə süslənib-püslənmiş davranışı ilə bu bədbəxt hadisəyə rəvac verməsi qeyrətsizliyin, namussuzluğun, əxlaqsızlığın və şübhəsiz pozğunluğun ən böyüyüdür.

Övladlarımız onlara göstərdiyimiz sevgi və anlayışın hər şeydən yüksəkdə dayandığına əmin olsalar yaşamaq gücünü heç vaxt itirməzlər; onları sinif, qrup, iş yoldaşları, yaşadıqları rayonun icra müavinləri, qorilla düşüncəli direktorlar və marionet psixoloqlar mənəvi terrora məruz qoyanda belə əl atıb yapışmağa bir budaq olduğunu düşünüb toxtayarlar.

Kimliyindən asılı olmayaraq əli sonuncu budaqdan üzülən hər kəs Elina kimi zərif, zəif və aciz uşağa çevrilər.

Vəzifəsinə, puluna, qohum-övladına, arvad-uşağına, sevgililərinə güvənən və bu dəqiqə bu yazını qarnını qabağa verib burnunu qurdalaya-qurdalaya oxuyan cənab, bir anlıq son ümiddən əlinin üzüldüyünü düşün; əminəm içindən quyruğu tapdanmış pişik səsi gələcək!

Budaq olmağa məhkum insanlar, sizə sonuncu ümid kimi uzanan əlin üzülməsinə imkan verməyin, düşünün ki, bu qatillikdir və təkcə insanı yox, həm də tanrını öldürməkdir.

# 4229 dəfə oxunub

Oxşar xəbərlər

Rus təkcə içki düşkünü deyil, həm də cəza düşkünüdür

Rus təkcə içki düşkünü deyil, həm də cəza düşkünüdür

18:38 14 fevral 2025
Vəziyyət o qədər pisdir ki,  Elxan Elatlı da kirayədə yaşayır

Vəziyyət o qədər pisdir ki, Elxan Elatlı da kirayədə yaşayır

14:25 14 fevral 2025
Niyə evtanaziya əcəldən daha yaxşıdır?

Niyə evtanaziya əcəldən daha yaxşıdır?

17:00 11 fevral 2025
Vətənə, millətə xəyanət, uşaq istismarı

Vətənə, millətə xəyanət, uşaq istismarı

12:00 23 yanvar 2025
Sənət Allah üçündür

Sənət Allah üçündür

09:00 22 yanvar 2025
Peyğəmbərlik nədir?

Peyğəmbərlik nədir?

15:00 7 yanvar 2025
# # #