Fərizə niyə simvol olmamalıdır?

Fərizə niyə simvol olmamalıdır?
30 iyun 2014
# 12:18

Mirmehdi Ağaoğlu yazır

Gəlin bir anlıq təsəvvür edək ki, dahi Şekspir özünün “Romeo və Cülyetta” əsərini başqa cür bitirir.

Cülyettanın soyuq cəsədinə məlul-məlul baxan Romeo tərəddüd edir və o lənətə gəlmiş şüşəni başına çəkmir.

Nə olardı?

Bir qədər sonra Cülyetta silkinib ölüm yuxusundan ayılardı. Və hər şey də Şeksprin düşündüyü kimi yox, keşişin düşündüyü kimi nəticələnərdi.

Xoşbəxt bir sonluq...

Hansı daha yaxşıdı?

İntihar edən Romeo və Cülyetta, yoxsa sağ qalıb bir-birinə qovuşan Romeo və Cülyetta.

Həyat bədii əsər deyil.

Kapuletti və ya Montekkilərə zərrəcə qohumluğumuz çatsaydı, mütləq onların sağ qalmasını istəyəcəkdik.

***

Hər il 14 fevral və 30 iyun ərəfəsi bu məsələ gündəmə gəlir ki, 30 iyun İlham və Fərizənin evlilik günləri milli sevgililər günü kimi qeyd edilsin.

Ruhları şad olsun. Qəbirləri nurla dolsun. Əlbəttə, İlham və Fərizə bizim faciəvi tariximizin romantik simvollarıdır. Onların ruhları hər zaman ehtiramla yad edilməlidir.

Amma məni narahat edən məsələnin başqa tərəfidir. Heç vaxt hamilə Fərizənin intiharına haqq qazandıra bilməmişəm. Mən Fərizənin sağ qalıb, İlhamın yadigarını yaşatmasının tərəfdarı olmuşam.

Ola bilsin onda 20 Yanvar bu iki yeni evlinin ölümü ilə daha ürəkparçalayan olmayacaqdı. İlham da onlarla başqa 20 Yanvar şəhidimizdən biri olacaqdı.

Amma həyat bədii əsər deyil axı. Körpəsini bətnində boğan anaya necə haqq qazandırasan?! Bu gün eyni addımı başqa bir adam atsa ona haqq qazandıracağıqmı? Əlbəttə yox.

Son illər Azərbaycanın intihar statistikasına bir nəzər salaq. Sürətlə artır. Yaş seqmenti olduqca genişdi, 8 yaşından 80 yaşına kimi. Təkcə yanvar ayı ərzində demək olar ki, hər günə bir intihar hadisəsi düşür.

Olduqca ciddi bir təhlükə ilə üz-üzəyik. İntihar epidemiya kimi yayılıb. Hətta elə bir hal alıb ki, bilmək olmur, sabah zərbə bizə də toxuna bilər, ya yox. Çünki səbəbini tapa bilmirik. Heç birimiz qaranti altında deyilik.

Biz bu problemi həll etməyə çalışmaqdansa, intiharı təqdir edən bir hadisəni qabardıb, onları gənclərin gözündə sevgi mücəssəməsi səviyyəsinə qaldırırıq.

Eybi yox, qoy bizim də milli sevgililər günümüz olsun (Halbuki qloballaşan dünyada bu, artıq cəhddir). Amma lütfən başqa bir gün düşünün.

Elə bir gün olsun, insanları, gəncləri sevgililəri həyata səsləsin, ölümə yox.

# 4319 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
#
#
# # #