Heyvanlardan nə istəyirsiniz?

Heyvanlardan nə istəyirsiniz?
5 sentyabr 2014
# 11:56

Çoxdan ürəyimdən keçən mövzular var ki, türklər demiş, bir türlü yazmağım gəlmirdi... “Kulis”ə yazmaq məsələsi ortaya çıxanda, dedim, fürsət, bu fürsət! Hər həftə yazmağa çalışacam. Maraqlı mövzular var. İlk yazımı heyvanlardan başlamaq istədim... daha doğrusu insanlardan... yox, bu da olmadı, insanlar və heyvanlardan, beləsi daha doğrudur. Heç düşünmüsüz ki, biz insanlar bu yazıq heyvanlardan nə istəyirik? Axı onların nə günahı var?

Başlayaq ondan ki, acgözcəsinə heyvanları kəsib yeyirik. Acımadan! İnək, at, it, dovşan, hətta ilan, dəvə, eşşək, ayı, ümumiyyətlə bütün heyvanlar tərəfimizdən yeyilir. Yəni ümumən danışıram. Bütün dünya insanlarından. İkinci tərəfdən heyvanların əməyindən yararlanmaq məsələsi... Müxtəlif heyvanları müxtəlif məqsədlərimizə alət edirik. Onları nəyi var işlədirik. Acımadan! Dəvəni, atı, eşşəyi, arını, zəlini, sirklərdə şiri, ayını, meymunu, ilanı... hamısını... Üçüncü məsələ və əsas məsələlərdən biri... bir az yaxşı görünək deyə heyvanların dərisinə göz dikirik... müxtəlif üsullarla, vəhşicəsinə məhv edib, dərilərini boğazlarından çıxarırıq.

Acımadan! İtin, pişiyin, tülkünün, dovşanın, lamanın, krakadilin, ilanın... çoxunun... Hə, düzdür, bəzən onları əzizləyirik, evimizdə saxlayırıq, yemləyirik, amma bu da qarşılıqsız qalmır, onlara öz dilimizi öyrədə bilmək üçün başlarına min oyun açırıq. Acımadan! Məcbur edirik ki, bizi başa düşsün, anlasın, nə deyirik etsin... guya özümüz-özümüzü başa düşürmüşük kimi. Hələ bu da son deyil. İstismarımızın növləri bitib tükənmək bilmir. Axı biz insanlar yaradıcıyıq. Heyvan adlarının istismarı məsələsi... guya ən yaxşılarını tapıb, seçib, qızlarımıza ad veririk... ay nə bilim Ceyran, nə bilim Maral, nə bilim nə... Guya sevgilimizi əzizləyirmişik kimi heyvan adlarından yararlanırıq. Öz adını desək, dünya dağılar sanki, mütləq kreativ bir şey düşünməliyik. Dovşanım, maralım, ceyranım, pişiyim, bəzən itim, hərdən lap rus versiyasına da baş vururuq, mışonok, mişka, sabaka, kisya və daha nələr, nələr... Heç bununla da bitmədi... bizim başqa yaradıcı tərəflərimiz də var. Söyüş! Qaymaq kimi söyüşlər tapırıq yeri gələndə. Ay çaqqal, ay tülkü, ay ayı, ay dəvə, ay eşşək, ay zürafə, ay it oğlu it, ay eşşək oğlu eşşək, ay meymun oğlu meymun... bizdəki yaradıcılıq qabiliyyətinə baxın bir!

Bax belə! Günün birində dilə gəlib deyəcəklər ki, əl çəkin bizdən. Amma onlar deməmiş, gəlin özümüz əl çəkək! Pislik eləməyək, yaxşılığımız lazım da deyil onlara. Yazıqlar öz başlarının çarəsinə baxarlar.

# 3542 dəfə oxunub

Oxşar xəbərlər

Rus təkcə içki düşkünü deyil, həm də cəza düşkünüdür

Rus təkcə içki düşkünü deyil, həm də cəza düşkünüdür

18:38 14 fevral 2025
Vəziyyət o qədər pisdir ki,  Elxan Elatlı da kirayədə yaşayır

Vəziyyət o qədər pisdir ki, Elxan Elatlı da kirayədə yaşayır

14:25 14 fevral 2025
Niyə evtanaziya əcəldən daha yaxşıdır?

Niyə evtanaziya əcəldən daha yaxşıdır?

17:00 11 fevral 2025
Vətənə, millətə xəyanət, uşaq istismarı

Vətənə, millətə xəyanət, uşaq istismarı

12:00 23 yanvar 2025
Sənət Allah üçündür

Sənət Allah üçündür

09:00 22 yanvar 2025
Peyğəmbərlik nədir?

Peyğəmbərlik nədir?

15:00 7 yanvar 2025
#
#
# # #