Məşədi İbad yazıqdır...

Məşədi İbad yazıqdır...
21 aprel 2014
# 11:28

Bu yaxınlarda Kulis.Az ədəbiyyat dərgisinin apardığı sorğu nəticəsində ən yaxşı Azərbaycan filmi "O olmasın, bu olsun" seçildi. Film ətrafında çoxlu söhbətlər getdi, böyük sənətkarlar yada düşdü, aktyorlar xatırlandı. Bu çox yaxşıdı. Məni bu danışılanlar içərisində ən çox Rauf Talışinskinin məqaləsi maraqlandırdı. Rauf bəy yazır ki, "filmdə ən əxlaqlı adam Məşədi İbaddı. Hamıdan əliaçıq, hamıdan insaflı olan, aldadılan da odur. Amma yenə istehza edilən Məşədi İbaddı. Məşədi İbad mənfi qəhrəman deyil".

Razıyam. Məşədi İbadın "məşədiibadlığında" Məşədinin günahı yoxdur. Günah dövrdə, zamandadı. Köhnəlmiş, çürük dəyərlərdədi. Məşədinin öz dəyərlərinin nə qədər köhnə və ədalətsiz olduğunu görməməsindədi. Görə bilməməsinin də günahı Məşədinin savadsız olmasındadı. Axı o, "Tarixi Nadir" kitabından qeyri kitab oxumamışdı, onu da yarıyadək. Necə bilə bilərdi? Məşədi İbad Novruzəli kimi bir adamdı. Öz doğrularına inanır. Qızı yerində olan gənc bir qadınla ailə qurmaq istəyir. Əgər onun atası da razıdırsa, burda qəbahət nədir - deyə düşünür. Qızını dul, qoca, pullu kişiyə zorla ərə vermək istəyən ata Məşədi İbaddan daha mənfi qəhrəmandı. Məşədi gözünü bu dünyaya açandan qadınları mal kimi alınıb, satılan görüb. İndi də pulu var, verib almaq istəyir. Puluna minnət!

Biz indi Məşədi İbadı yuyub yarpız üstünə qoymaqla, ona haqq qazandırmaqla və deməklə ki, heç bir günahı yoxdu, əski dəyərləri xortlatmış, dirçəltmiş oluruq. Ucqar rayonların gözdən uzaq kəndlərində on üç-on dörd yaşlı qız uşaqlarını məktəbdən ayırıb ərə verən atalar nə çox!

Üzeyir Hacıbəyov Məşədinin timsalında mövcud zamanı, geriliyi, cəhaləti ifşa edirdi. Bir-birini sevən cavanların evlənə bilməsi üçün hansı yollardan keçməli olduqları, hansı hiylələrə əl atmağa məcbur qaldıqları tragikomik şəkildə göstərilir. Sərvər əyninə qadın paltarı geyinib Məşədinin gəlini kimi onun evinə gəlməlidi - işə baxın!

Gəlin, Məşədi İbadlara haqq qazandıraraq, onları xortlatmayaq. Qarımış qızların sayı get-gedə artır. Ailə dəyərləri sarsılır. Subay qızlar evli, pullu kişilərin məşuqəsinə çevrilməyə razıdırlar. Həmin evli, varlı, yaşlı kişilər - Məşədi İbadlar ölkədə nə qədər desən... Nənəm demişkən, yumurtadan dünən çıxmış, məmələri tumurcuqlu qızlar almaq, arvad eləmək, onların arzularını, xəyallarını, uşaqlıqlarını beşiyində boğmaq istəyirlər. Əgər 40 yaşında kişilər on səkkiz yaşlı qızlarla evlənmək istəyəcəklərsə, onda otuz yaşını ötmüş qızlar altmış, yetmiş, səksən yaşında kişilərlə evlənməlidirlər? Yoxsa, bir kişi dörd arvad almalıdı ki, qızlar qarıyıb ata ocağında qızıla dönməsinlər?! Azərbaycan mentaliteti vətəndaş nigahını qəbul eləmir. Azad seksdən söhbət gedə bilməz. Söhbəti belə gedəndə az qalırlar adamı daşlayalar.

Dünyəvi dövlətik. Qanunlarımız da çoxarvadlılığa icazə vermir, siğədən söhbət gedə bilməz. Bir qadınla kişinin gizli əlaqələri aşkara çıxanda az qalırlar güllələyələr onları. Olan yenə qadın, qız qisminə olur. "Azərbaycanda qadın doğulunca eşşək doğulasan", - anam oturub-durub deyirdi. O qədər dedi ki, mən feminist oldum az qala. Amma indi düşünürəm ki, geridə qalmış, orta çağlarda ilişib qalan o qədər ölkələr var ki, sevinirəm Azərbaycanda doğulmağıma. Sevinirəm, Üzeyir Hacıbəyovu olan, Məşədi İbadlara, Şeyx Nəsrullahlara, Hacı Qaralara gülən bir xalqın qızıyam. O qədər də naşükür deyiləm.

Məşədi İbad obrazını uşaqlıdan sevməmişəm. Ona nifrət də eləməmişəm. Mənim ona yazığım gəlib.

# 5653 dəfə oxunub

Oxşar xəbərlər

Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
#
#
# # #