Röyanın son dərəcə bayağı mahnısı

Röyanın son dərəcə bayağı mahnısı
20 sentyabr 2019
# 12:41

Kulis.az Ruzbeh Məmmədin yazısını təqdim edir.

Yaxın günlərdə Əməkdar artist Röya Ayxan mətbuata açıqalamasında yarı ciddi, yarı zarafatla demişdi ki, qəşəng qız baha olmalıdır.

"Rayon toyuna gedəndə hamı oturur, əl çalır. Başqa müğənnilərdə isə ortalığa düşüb oynayırlar. Buna görə də yaxşısı budur ki, ora konsertə gedim. Rayon toylarına çox az gedirəm. Getdiyim bölgə, əsasən, Şəmkirdir. Orada məni çox istəyirlər. Bir də deyirlər ki, qiymət bahadır. Qadan alım, qəşəng qız baha olar da..."

Röyanın mahnılarını oturub bir nəfəsə dinləsən adamı infarkt vurar. Çünki mahnının sözlərini təzə danışan uşaqlar da bilir. Heç bir heyrətamizlik, adamda hüzn yaradacaq bir cümlə yoxdur. Elə “youtube”də trendə çevrilən bir mahnısı ”axı kimin belə sevgilisi var”... Sən Allah bu sözdə nə tük tərpədən bir şey var ki? İlahi, mən bunun hələ sözlərini demirəm. Bunu oxudanları görəndə necə dünyadan qırılıram. Niyə axı, niyə də niyə belə primitiv şeylər insanların marağını çəksin ki? Niyə axı bu küçələrin, bu şəhərlərin ən gözəl qızları onu dinləsin ki? Niyə axı o gözəl qızlar bir az dərin düşüncələrə qapılıb, bu dünyadan ləzzət aparmasınlar ki?

O gün bir jurnalist xanımla təsadüfən üzbəüz gəldik. Allah haqqı dedi ki, Röyanın təzə bir mahnısı var ölürəm ondan ötəri. Mən dili qafil soruşdum ki, o hansı mahnıdı elə? Adını çəkdiyim mahnını çəkib, bir az da təriflədi. Və o gün bir daha Allaha yalvardım ki, məni bu cürə qəribəfason məxluqlarla qarşılaşdırma.

Mən hər zaman Baloğlan Əşrəfovu qınamışam. Manaf Ağayevin haqqına girmişəm. Yenə ən azından “Ay canı yanmış”, “Ay uçan” quşların bir fəlsəfi yükü var. İndi olur da şoumen adamdı, kişi görüb qız son dərəcə gözəldi, ayaqlarına mahnı yaza bilməyib, “ay canı yanmış” kimi sətiraltı nəsə demək istəyib. Axı Röya heç olmasa onu da deyə bilməyib. O qədər bayağı mahnı olmasa idi, axıra qədər qulaq asıb, sözlərini yazardım. Təəssüf o qədər gücüm yoxdur, artıq payız fəslidir, yaşamaq istəyirəm. O xəzəl yarpaqlardan, o qadın qoxulu çiskindən, yağışlardan həzz almaq istəyirəm.

Röya xanıma arzu edirəm ki, xoşbəxt olsun. “Cəbiş müəllim”filmində deyildiyi kimi, Allah onu da, ona mahnı yazanı da öldürsün, bonus olaraq Afət Fərmanqızını da...

# 6557 dəfə oxunub

Oxşar xəbərlər

Pampers dərdi və bərbər

Pampers dərdi və bərbər

10:00 14 iyun 2025
İsmayıl qurbanı əhvalatının müasir versiyası

İsmayıl qurbanı əhvalatının müasir versiyası

12:00 6 iyun 2025
Bu nə iş idi başıma gətirdin, mələk oğlum?

Bu nə iş idi başıma gətirdin, mələk oğlum?

12:00 2 iyun 2025
Röyanın Kannda nə işi var?

Röyanın Kannda nə işi var?

14:30 24 may 2025
Kütlə həmişə kütdür

Kütlə həmişə kütdür

12:00 11 may 2025
Messi, Ronaldo, yoxsa Lamin Yamal...

Messi, Ronaldo, yoxsa Lamin Yamal...

10:59 7 may 2025
#
#
# # #