Kino yoxdu, yubiley var

Kino yoxdu, yubiley var
14 noyabr 2014
# 17:23

Necə deyərlər, insan oğlu möcüzə həsrətindəndir. Hələ də ki, elmdən yapışmasa...

Yoxsa niyə televiziyalarımız 21-ci əsrdə pətəklərinə Allah yazmış arıları, azan səsinə açılan çiçəyi ya da qabığında “Allahın imzası” olan fındıqları az qala hər həftə göstərsin?

Möcüzə həsrəti qana işləyəndə hər yerdə, hətta elmdə də möcüzə axtarırsan. Amma əsl möcüzə başqa yerdədir.

Məsələn, son günlərin iki-üç diqqətçəkən xəbərini sizin diqqətinizə yenidən çatdırmaq istəyirəm.

Birinci xəbər Bakıda Elm Festivalının keçirilməsidir.

İkinci xəbər odur ki, bəşər tarixində ilk dəfə Rosetta kosmik aparatı nəhayət ki, quyruqlu ulduzun, yəni, kometin üzərinə qonmasıdır.

Üçüncüsü isə, “Sehrli xalat” filminin yubileyinin keçirilməsidir.

Əlbəttə, bəziləri kometaya qonmağı da möcüzə hesab edə bilər. Amma kometaya qonanadək dünyada Elm və Texnika nə qədər tərəqqi edib, yollar keçib. Bunları göz önünə gətirə bilsən, məntiq tapıb rahat olursan, möcüzə axtarmırsan.

Amma elm festivalının keçirilməsi mətbuatda əməlli rezonans yaratdı. Və heç də festivalın özü yox, onun keçirilməsi xəbəri. Elm sözünün keşiyində dayanmış, işçilərinin ironiya ilə “ölümlər akademiyası” dedikləri bir qurum Elm Festivalında nə göstərir? Mahiyyətcə mütərəqqi bir tədbir-festival birmənalı qarşılanmadı, xeyli suallar yaratdı.

Rosetta ilə məsələ aydındır. Əgər xarab olmasa kometanın səthini, tərkibini, özəlliklərini öyrənib tədqiq edəcək.

Amma o biri xəbər? Lap elə “Sehrli xalat” filminin yubileyinin keçirilməsi.

Görün nə qədər sual doğurur: Niyə o biri filmlərin yubileyi keçirilmir, amma “Sehrli xalat” filminə artıq ikinci dəfədir ki, yubiley keçirilir, ümumiyyətlə filmə yubiley keçirmək nəyə lazımdır? Çünki tədbiri təşkil edən nazirliyin məmuru o filmdə çəkilib? Xeyr. Sual bir azca ritorikdir. Niyə biz “Sehrli xalat”ı geyib keçmişə dönmək istəyirik?

Bu günə, gələcəyə baxmaq yox, keçmişə baxmaq həvəsindəyik? Ya biz indidə və gələcəkdə bir stimul görmürük, ya da biz artıq o arzu olunan gələcəyə çatmışıq, hətta bəlkə ötüb keçmişik.

“Sehrli xalat”ın yubiley tədbirində çıxışçılardan biri filmdə təsvir olunan “kommunizmi” - gələcəyi artıq yaşadığımızı dedi. Demək, xəyallar gerçək olub artıq...

P.S.

...Azərbaycan kinosunun ən çətin vaxtlarında, ildə az qala bir-iki film çəkilən illərdə “Kinoklub” verilişi gedirdi. İşsiz aktyorlar cəmlənib əvvəllər çəkilmiş filmlər haqqında xatirələrini danışırdılar. Veriliş şən əhval ruhiyyədə olurdu, aktyorlar deyir, gülür, xatirə danışır, zarafat edirdilər. Amma belə bir vaxtda bu veriliş kənardan bir az da kədərli görünürdü...

# 2185 dəfə oxunub

Oxşar xəbərlər

Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
# # #