Əri yad qadın yanında... ŞEİRLƏR

Əri yad qadın yanında... <span style="color:red;">ŞEİRLƏR
23 sentyabr 2014
# 13:05

Kulis.az Qalib Şəfahətin yeni şeirlərini təqdim edir

Bizim oyunumuz

Barmaqların

Elə ölüdür ki,

Qəlbimə nə qədər

Döysən də,

Nağara çubuqları kimi,

Sən istəyən havanı çalmayacaq.

Nə sənin sümüyünə düşəcək,

Nə də ki, mənim.

Nə sənin havan olacaq,

Nə də ki, mənim.

Havasızlıqdan boğulduq.

Oynamağa nə sənin həvəsin olacaq,

Nə də ki, mənim.

Bizim oyunumuz baş tutmayacaq,

Başını tutub qaçacaq.

Qorxmuram

Bir qadın gözəlliyinə

tuş gəlməkdən

qorxmuram.

Çox uzaqlara apara məni...

əvvəlcə divlə əyişəm,

sonra döyüşəm,

axırda

divin canı olan şüşəni sındıram.

Sonrasını bilmirəm,

Qaranlıq dünyaya düşəcəm

Yoxsa

İşıqlı dünyaya.

Nə ağ qoç gəlib,

Nə də qara qoç.

Hələ də gözləyirəm...

gərək

qaranlığa şam yandıram.

Kölgə

Kölgən inciyib yenə,

Düşmür ağac dibinə.

Elə bil qəsdi var,

Qəsd edir!

Həm mənə,

həm sənə,

Həm də ağac dibinə.

Utanacam

Qadın ərinin yolunu gözləyirdi,

Əri yad qadın yanında idi

Nə arvadının zənginə cavab verə bilirdi,

Nə də zəng edib gec gələcəm,

deyirdi.

Arvadı birdən soruşsa?!

Niyə gecikmisən?

Yeməyin soyuyur daha.

Onda nə deyəcəm?

Utanacam özümdən..

O yana

Kim gələcək, kim gedəcək,

Səndən, məndən o yana ki?

Kim qalacaq, kim olacaq,

Səndən, məndən o yana ki?

Bulud olub çəkiləmməz,

Yağış olub töküləmməz,

Dan yeritək söküləmməz,

Səndən, məndən o yana ki?

Çox olsa da gəlib-gedən,

Kədər-qüssə bağrın didən,

Nə sən olmaz, nə də ki, mən,

Səndən, məndən o yana ki?

Uzaq düşmüsən məndən

Bircə addımda

Ayaqlarımı kənara ata bilmirəm,

sənin xəyallarından.

Gəzib-dolaşa bilmirəm,

xəyallarından gendə.

Yoxsa şübhələnər məndən.

Xəyallarında gəzib-dolaşmayanda

Uzaqlaşıram özümdən.

Elə xəyallarınla oturub-dururam mən.

Bircə sən, bircə sən

Uzaq düşmüsən məndən...

24.08.14

# 1733 dəfə oxunub

Oxşar xəbərlər

Tənqid darıxan insanın ucuz əyləncəsidir

Tənqid darıxan insanın ucuz əyləncəsidir

12:00 19 aprel 2025
Hardadır o nazirliklər, birliklər, ittifaqlar?

Hardadır o nazirliklər, birliklər, ittifaqlar?

21:00 14 aprel 2025
"Cəmiyyətdə  danabaşlaşma halları çoxalmağa başlayıb"

"Cəmiyyətdə danabaşlaşma halları çoxalmağa başlayıb"

18:15 9 aprel 2025
Allah o qədər bikar deyil

Allah o qədər bikar deyil

17:00 7 aprel 2025
Mehriban Ələkbərzadə nə edib?

Mehriban Ələkbərzadə nə edib?

15:00 7 aprel 2025
Dövrümüzün Mirzə Cəlili Elgiz Əkbər

Dövrümüzün Mirzə Cəlili Elgiz Əkbər

12:00 7 aprel 2025
# # #