Həqiqət eşşəyin xayasında

Həqiqət eşşəyin xayasında
19 may 2014
# 11:06

Mirmehdi Ağaoğlu

Bir dəfə türk kanallarından biri İstanbul boğazından çıxan daşlar haqqında süjet hazırlamışdı. Daşları yerə qoyandan az müddət sonra öz-özünə alovlanırdı. Süjetdə hamıdan münasibət öyrənildi; yoldan ötəndən də, o daşları boğazın dibindən çıxaran uşaqlardan da, balıqçılardan da, uşaqlarının əlinin yanmasından ehtiyat edən narahat valideynlərdən də. Amma bir mütəxəssis, kimyaçı, alim danışdırılmadı ki, bilək bu “möcüzə”nin səbəbi nədir.

Eyni problem bizdə də var. Nəsə qeyri-adi hadisə baş verir, media onu möcüzə kimi təqdim etməyə can atır. Alim, mütəxəssis rəyi öyrənilmir. Lap öyrənilsə belə hardasa hiss edirsən ki, süjeti, xəbəri hazırlayan şüuraltı olaraq alimin, elmin yanında yox, möcüzənin, mövhumatın yanındadı. Ola bilsin ki, bunu cəmiyyətin marağını nəzərə alıb edirlər, ola bilsin.

Uzun müddət axund işləmiş 80 yaşlı qohumum dedi ki, elm artdıqca iman azalar. Əlim üzümdə qaldı. 80 yaşlı bu din adamının ağzından çıxanlara inana bilmədim. O, başı ilə fikirlərini təsdiqləyəndən sonra yəqin ki, heyrətləndiyimi görüb bir daha təkrar elədi. Sonralar bu fikri başqa adamlardan da eşitdim.

Bu fikri bir qədər parafraz etsək belə olar: Elm azaldıqca inam (mövhumat, xürafat) artar. Möcüzə göstərənlərin, falçıların, başqa dünyalardan xəbər verən insanların artmasının səbəbi əslində elmin azalmasıdır. Hər hansı bir qeyri-adi hadisəyə elmə inanan adam şübhə ilə yanaşar. Çalışar ki, onun kökündəki məsələni tapsın, elmi izahını verə bilsin. Lap bunu bacarmasa belə şübhə içini didib gəmirər.

Elmi, savadı olmayan isə həmin hadisəyə o dəqiqə inanar. Bu qeyri-adi hadisəni anındaca möcüzə adlandırar. Elmi, savadı olmadığı üçün gördüyü hər şeyi “möcüzə” kimi qəbul edər.

İtalyanların əla bir filmi var. Cəmi bir dəqiqədir. Bu bir dəqiqəlik film yuxarıda dediklərimi çox yaxşı ifadə edir.

Bir kişi qəsəbənin girişində uzanıb dincəlir. Eşşəyi də yanında otlayır. Yoldan ötən bir nəfər motosikletçi saatı soruşur. Kişi eşşəyin xayasına yüngülcə toxunub saatı deyir. Motosikletçi heyrətlənir.

Bir neçə saat sonra yenidən peyda olur. Saatı soruşur. Kişi yenə əlini eşşəyin xayasına aparıb saatı deyir. Motosikletçi özündəki saatla tutuşdurub görür ki, kişi saatı saniyəsinəcən dəqiqliyi ilə deyir. Motosikletçi heyrətlənir.

Dincələn kişidən xahiş edir ki, “eşşəyin xayasının sirrini” söyləsin. Kişi yenə əlini atıb eşşəyin xayasını bir qədər qaldırır. Və qəsəbənin ordan görünən saat qülləsini göstərir.

Bax, belə. Həqiqət hər yerdədi. Bəzən eşşəyin xayasında da gizlənir.

# 3005 dəfə oxunub

Oxşar xəbərlər

Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
#
#
# # #