Əsəd Cahangirin suqqestivi

Əsəd Cahangirin suqqestivi
14 iyul 2013
# 12:12

Qruppazlıq çox pis şeydi.

Ədəbiyyatda isə bu murdardı.

Sovet zamanında kompartiyanın “Tənqiddə dostbazlıq, qruppazlıq, tayfabazlıq əleyhinə” qərarları olardı.

Elə indinin özündə də bu cür meyllər qalmaqdadır.

Uzun müddətdir ki, Əsəd Cahangirin ədəbi mühitdəki davranışlarını müşahidə edirəm.

Və hər dəfə dişimi-dişimə sıxıb, onun haqqında yazmaqdan özümü güclə saxlayıram.

Qismət bu günə imiş.

Təsəvvür edin ki, Hüseynbala Mirələmova mədhiyyə qoşub Qisməti tənqid edən bir tənqidçi var, o da bizim kimi çörək yeyir, su içir, oksigen udur.

Ədəbiyyatımızın boğanaqlı havası bu cür tənqidçilərin yaşaması üçün münbit şərait yaradır.

Neçə müddətdir ki, Əsəd Cahangir Kamal Abdulla ilə münasibətlərini düzəltməyə çalışır.

Halbuki Kamal Abdulla onun xislətinə yaxşı bələd olduğu üçün tənqidçini yaxına buraxmır.

Kamal Abdulla gözəl bilir ki, tənqidçinin başqa yazıçılara münasibəti səmimi olmadığı kimi ona qarşı da münasibəti səmimi deyil.

Dünən kimlərinsə sifarişi ilə Kamal Abdullanı təkfir edən, onun insana zidd olduğunu söyləyən tənqidçi bu gün Kamal Abdullanı göylərə qaldırırsa Kamal Abdulla ona nəyə görə inanmalıdır ki?

Dünən Qan Turalının “Mustafa” romanı haqda alovlu çıxış edib sabah isə bu romanı ən zəif roman adlandıran tənqidçi insanlarda özünə inanmaq üçün cüzi bir əsas qoyubmu ki?

Bəli, dünən Kamal Abdulla ilə müsahibə təşkil etdirib o müsahibə vasitəsi ilə özünə bəraət almağa çalışan, araya dostları qoyub tövbə xahişlərini yazıçıya çatdıran, Kamal Abdullanın onun demonstrativ şəkildə tənqid etsə də bağışlanacağına ümid edə-edə Kamal Abdullanı əlinə düşən bütün kuluarlarda tərifləyən Əsəd Cahangir yazıçının ona qarşı olan prinsipial mövqeyini gördükdə köhnə üsullarına əl atdı.

Əsəd dünəndən etibarən təriflə edə bilmədiyini şantajla etməyə başladı.

Öz nəzarətində olan, şeirlərini heç bir lüğətdə yer almayan “suqqestiv” termini ilə izah edən bir uşağın əliylə Facebookda Kamal Abdullanı təhqir etdirir.

Guya Aqşin Yenisey Kamal Abdulladan qorxurmuş.

Kamal Abdulla Aqşinin Elçin Səlcuq haqda şeiri oxunanda göz yaşlarını saxlaya bilməyən adamdır.

Aqşin ondan nəyə görə qorxmalıdır ki...

Guya Kamal Abdulla Slavyan universitetində diktatura yaradıbmış.

Halbuku bu universitetin Azərbaycan universitetləri arasında öz azad ruhu ilə seçildiyini hamı bilir, o cümlədən dəfələrlə o universitetdə, kitab təqdimatını orda keçirən Əsəd Cahangir də.

Murdar olan isə Əsədin bu cür iyrənc əməllərinə 20 yaşlı gəncləri alət etməsidir.

Bu gənclər Əsədin təlimatı ilə lazımi adamları (misal üçün Anarı, Elçin Hüseynbəylini) tərifləyir, bəzən isə təhqir edirlər.

Halbuki elə Əsəd Cahangir Elçin haqqında iki məqalə yazmış, bir məqalədə onun dramaturgiyasını, digərində isə onun nəsrini yumşaq desək darmadağın etmişdi.

İndi isə Elçin Hüseynbəylinin rəğbətini qazanmaq üçün bu gənclərin adından öz tövbə məqalələrini çap edir.

Dünən Kamal Abdulla haqda Facebookda təhqir yazan uşaq isə bir neçə ay bundan qabaq Kamal Abdullanın “Ulduz” jurnalına verdiyi müsahibəni təriflədiyini unudacaq qədər əsədcahangirləşib.

Suqqestinin həmin müsahibə haqda bunları yazmışdı: “ Kamal Abdullayla müsahibə gözəl müsahibədir. Etiraf edirəm ki, cəmiyyətdə önəmli fiqur olan bir şəxslə gəncin bu qədər səmimi söhbətinin və maraqlı müsahibəsinin şahidi olmamışdım. Digər tərəfdən, burda gəncin sərbəstliyindən çox ona bu şəraiti yaradan və özünü bu cür hiss etməsinə nail olan Kamal Abdullanın böyüklüyü görünür. Sözün bütün mənalarında – həm bir yazıçı, həm də bir insan kimi! Əcəba, sizi narahat edən bu səmimiyyətdirmi? Bu münasibət sizi niyə narahat etməlidir? Hanı sizin gənclərə dəstəyiniz, birliyiniz, ürəyinizin genişliyi? Yox, əgər bu deyilsə, deməli Kamal Abdulla imzası sizi narahat etməyə başlayıb”.

Dörd ay qabaq Kamal Abdulla səmimiyyəti, indi isə Kamal Abdulla diktaturası...

Bəli, vəziyyət aydındır.

Aydın olmayan isə Yazıçılar Birliyinin Kamal Abdullaya qarşı bu həqarətləri edən üzvlərinə göstərdiyi loyal münasibətdir.

# 2804 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
# # #