Kitabın yaratdığı adamlar

Kitabın yaratdığı adamlar
20 aprel 2017
# 13:16

Rastlaşdığımız insanları tanımaq üçün onlarda fərqli nüanslar axtarırıq

Allah inanır, inanmır, varlıdır, yoxsa kasıb, haralıdır, hansı maşından sürür, hansı futbol klubunun azarkeşidir, sevgilisi varmı, araq içib siqaret çəkəndirmi və s.

Məsələni bir az da böyütsək: hansı millətdəndir, hansı ölkədəndir, hansı dindəndir, hansı qitədəndir, hansı irqdəndir.

Mənə görə, insanlar dilindən, dinindən, ölkəsindən, irqindən və sosial mənşəyindən daha çox kitaba münasibətinə görə fərqlənirlər.

Dünyada iki qisim insan var: kitab oxuyan və kitab oxumayan!

Və dünyadakı insanlar arasında bundan böyük uçurum yoxdur.

Dil də yalandır, din də, irq də, sosial vəziyyət də!

Bir xristian bir müsəlmanla, bir ateist bir dindarla, bir kasıb bir varlıyla, bir ağdərili bir qaradəriliylə, bir asiyalı bir amerikalıyla rahat dil tapa, münasibət qura, hətta dostlaşa bilər.

Lakin bir kitab oxuyan bir kitab oxumayanla əsla və əsla yaxın ünsiyyət qura bilməz.

Qursa da bu yola-verdi, xala-xətir ünsiyyət olar.

İnsan cismin və mənəviyyatın sintezidir.

Onun cismini Tanrı (ateistlər üçün təbiət – Ş.A.) yaradır, mənəviyyatını kitab.

İnsan Tanrı və kitaba tapındığı qədər bütövdür.

Biz Tanrının, təbiətin hədiyyəsi olan cismimizi bəslədiyimiz kimi, mənəvi dünyamızın da qeydinə qalmalıyıq.

Bunsuz yarımçıq hesab olunuruq.

Mənəvi dünyamızın başlıca qida mənbəyi kitabdır.

İnsanı ilkin mərhələdə Tanrı (təbiət) yaradırsa, sonrakı mərhələdə kitab yaradır.

Kitabsız insan axıracan yaranıb başa gəlmir.

Əsl insan olaraq formalaşa bilmir.

İnsana Tanrı qədər yaxın heç nə ola bilməz.

Nə qohum, nə sevgili, nə var-dövlət...

İnsana bu qədər yaxın olan Tanrı belə ona kitabla xitab edir.

Kitab Tanrı ilə insan arasına düşəcək qədər məhrəm və munisdir.

Kitab tanrı və insan arasında görünməyəcək, duyulmayacaq, hiss olunmayacaq qədər onlardandır, onlarındır və onlarladır.

Dünya kitab oxuyanların kitab oxumayanlar üzərində qələbəsiylə çiçəklənəcək.

Halbuki bir ağdərilinin qaradərili, varlının kasıb, amerikalının asiyalı üzərində qələbəsi və ya bunun əksi dünyanı zülm və istibdada yuvarlayardı...

Kitaba tapınaq, kitaba inanaq...

Bizi ikinci dəfə yaradan o qüdrəti ilaha!

# 1657 dəfə oxunub

Oxşar xəbərlər

Tənqidçi sadə söz adamıdır, başqa heç nə...

Tənqidçi sadə söz adamıdır, başqa heç nə...

11:00 27 aprel 2025
İndiki yazıların çoxunu o qəzet-jurnalların qapısından buraxmazdılar - Fəxri Uğurlu

İndiki yazıların çoxunu o qəzet-jurnalların qapısından buraxmazdılar - Fəxri Uğurlu

10:00 26 aprel 2025
Tənqid darıxan insanın ucuz əyləncəsidir

Tənqid darıxan insanın ucuz əyləncəsidir

12:00 19 aprel 2025
Hardadır o nazirliklər, birliklər, ittifaqlar?

Hardadır o nazirliklər, birliklər, ittifaqlar?

21:00 14 aprel 2025
"Cəmiyyətdə  danabaşlaşma halları çoxalmağa başlayıb"

"Cəmiyyətdə danabaşlaşma halları çoxalmağa başlayıb"

18:15 9 aprel 2025
Allah o qədər bikar deyil

Allah o qədər bikar deyil

17:00 7 aprel 2025
# # #