Anarın nisbət nəzəriyyəsi

Anarın nisbət nəzəriyyəsi
27 aprel 2016
# 11:27

Xalq yazıçısı Anarın “Nisbət nəzəriyyəsi” adlı hekayəsi var.

Açığı, mən bu hekayəni çoxdan oxumuşam və elə də bəyənməmişəm.

İnsafən pis də demək olmaz.

Kulis.azın keçirdiyi hekayə sorğusunda zövqünə inandığım dostum Nərmin Kamal Azərbaycanın ən yaxşı hekayə beşliyinə “Nisbət nəzəriyyəsi”ni də daxil edib.

İkinci dəfə hekayəni Nərmin xanımın gözüylə oxudum.

Mənim beşliyimdə olmasa da, onun beşliyinə girməsinin səbəbini tapdım.

Şəhər konusu, qadın azadlığının gətirdiyi problemlər, elmi iş-filan... Nərminə doğma mövzulardır.

Amma hekayənin əsas məğzi bu deyil.

Hekayə, müxtəlif situasiyalarda hamının haqlı olmasından bəhs edir.

Adi bir azərbaycanlı ailəsinin timsalında konunu iyicə anladır.

Ata-ana da haqlıdır, uşaqlar da!

Elmi rəhbər də haqlıdır, elmi işçi də!

Adına söz çıxan qadın da haqlıdır, onun adına söz çıxaran baldız da!

Dilənçi də haqlıdır, dilənçini döyən polis də və s.

Hərənin öz həqiqəti var.

Bir sözlə, şair demiş, hamı günahkardı, di gəl, heç kəsin günahı yoxdu...

Doğrudan da həyat belədir.

Bəzən həqiqətlər üz-üzə gəlir, sən də bilmirsən hansının tərəfini tutasan.

Bəlkə elə bu xüsusiyyətinə görə həyatı boş vermək lazımdır.

İntəhası, həyat özü gəlib üst-başına sırmanmaya.

Nə isə...

Söz onda yox.

Anar müəllimin hamını haqlı çıxaran bu maraqlı hekayəsini ikinci dəfə oxuyub bitirən kimi, fikrimdən bir sual keçdi:

Görəsən, “30 il bir yaradıcı təşkilatda sədr işləmək doğru deyil” - söyləyən gənclər necə, haqlıdırlarmı?

Bəli, sual fikrimdən keçdi və “Hər halda, dilənçini döyən polisdən əskik deyillər” - deyə, ümid eləməkdən də özümü saxlaya bilmədim.

# 2523 dəfə oxunub

Oxşar xəbərlər

İsanın möcüzəsi

İsanın möcüzəsi

12:00 26 iyun 2025
16 yaşlı qızı qaçıran axund kimə güvənir?

16 yaşlı qızı qaçıran axund kimə güvənir?

12:37 21 iyun 2025
Pampers dərdi və bərbər

Pampers dərdi və bərbər

10:00 14 iyun 2025
İsmayıl qurbanı əhvalatının müasir versiyası

İsmayıl qurbanı əhvalatının müasir versiyası

12:00 6 iyun 2025
Bu nə iş idi başıma gətirdin, mələk oğlum?

Bu nə iş idi başıma gətirdin, mələk oğlum?

12:00 2 iyun 2025
Röyanın Kannda nə işi var?

Röyanın Kannda nə işi var?

14:30 24 may 2025
# # #