Facebookdakı seks kölələri

Facebookdakı seks kölələri
24 iyul 2015
# 10:05

Sosial şəbəkələrdə aləm bir-birinə dəyib. Xüsusən cinsəl konularda ki, bu sahədə cəmiyyətimizdə dəhşətli dərəcədə boşluq var. İt yiyəsini tanımır.

Bir dəstə uğursuz tale yaşayan qadın azadlığı məhz seksual münasibətlərlə simvolizə edərək göz açmağa macal vermir. Elə bil acığa düşüblər. Kişiləri yanıqlar və geylər deyə iki əsas hissəyə bölüb öz aləmlərində alçaldırlar. İçlərindən də bir-ikisini məxsusi seçib guya nümunə kimi təqdim edirlər.

Radioların birində normal ailəsi olan bir xanım və ailəsindən ayrılmış başqa bir xanımla qonaq idim. Ailəli qadın hər mənada ailəsizdən üstün idi. Zahiri görkəmindən tutmuş, düşüncəsinə, intellektinə və xasiyyətinə qədər... Hətta ondan daha azad idi. Əmin idim ki, bir gün əri ilə aralarında anlaşılmazlıq və ya keçimsizlik olarsa, ləyaqətli şəkildə ondan ayrılıb həyatını yenidən qurmaq iqtidarındadır. Di gəl, ailəsi olmayan xanım elə əsib-sovururdu ki, sanki bütün hər şeyin günahı bu xanımdadır. O niyə ailəlidir? Niyə uşaq doğub-böyüdür? Niyə kölədir? Niyə Tükəzbandır?

Adam susub danışa bilmirdi. Çünki qarşısında rəsmən bir həyasız oturmuşdu (həyasız söyüş deyil, dediyi sözdən utanmayan adama deyirlər).

Düşündüm.

Bu nə mənzərədir?

Bəlkə mən də mühafizəkaram.

Oxuduğum kitablar, baxdığım filmlər, tanıdığım adamlar bir-bir gəlib gözümün qabağından keçdi və bu dünyada azadlığı hər yetənin qarşısında ayaqlarını qaldırmaqla ölçən və dəyərləndirən bir dənə də olsun nümunə yadıma sala bilmədim.

Homerdən, Tolstoydan tutmuş Kolumbiyalı yaşıdımız Vasgesə qədər hər kəs asta-asta anladır ki, insan nəfsinin qulu olduğu zaman onun azadlığı məhdudlaşır. Azadlıq təmənnasızlıqla şərtlənir çox zaman. Misal üçün, sən pul, şöhrət və vəzifə istəyirsən. Bunun üçün səndən köləlik, nökərçilik tələb edirlər. Və sən də azadlığına əlvida deyib gedirsən. Əvvəlcə öz nəfsinin, daha sonra başının üstündə rəsmən ağalıq edən insanın quluna çevrilirsən.

Cinsəllik də belədir. Cinsi istək sevgidən fərqli olaraq dünyəvi zövqdür. Ruhani deyil. Bir impotent əsla münasibətdə ola bilmir, amma o asanlıqla sevir, hətta özünü fəda edə bilir. Demək cinsi istəklər də pul, vəzifə və şöhrət kimi “dünya malı” seriyasına daxildir. Öz cinsəl istəklərinə qul olan insan kölənin ən böyüyüdür. Dünyanı paçasından anlayan və ona öz paçasından baxan adam nəinki azad, heç normal insan ola bilməz.

Amma bir ciddi nüans da var.

Nəfsinə düşkün olub qula çevrilən adam vəzifə tutursa, cəmiyyətin hər hansı bir sahəsinə təsir etmək imkanı qazanırsa faciə sosiallaşır, zərərin miqyası artır. Buna qarşılıq cinsi köləlik şəxsidir, fərdidir, hətta intimdir. Kiminsə yorğanının altını pusmaq əxlaqlı hərəkət sayıla bilməz. Bu heç. Bu aydındır.

Lakin elə ki, gözü tutana ayaqlarını qaldıran qadın öz nəfsini boğub daha ləyaqətli həyat yolu seçən qadına Tükəzban kimi baxırsa, onu addımbaşı əzməyə, öz həyatını müasir norma kimi diktə etməyə, bunu azadlıqla pərdələməyə çalışırsa zurna başlaylır ”fırt” eləməyə. Məsələ sosiallaşır, mənəvi zərər geniş müstəviyə çıxır və pozğunluq estetik kateqoriyaya çevrilmək istəyir.

Seksual azadlıq o demək deyil ki, kim kiminlə istəsə yatmalıdır. Seksual azadlıq o deməkdir ki, kim kiminlə istəsə yata bilər. Buna heç kim mane olmasın. Mən də kiməsə mane olmuram və belə bir arzum da yoxdur. Kiminsə həyatına burun soxmaq eşşəklikdir. Sadəcə, azadlığı daha çox qurşaqdan aşağı anlayan və pozğunluğu (pis söz deyil, bəlli əxlaq qaydalarını pozanlara deyirlər) norma kimi təqdim etmək istəyənlərə “Burda dur!” deyirəm. Get həyatını yaşa və anla ki, bu o qədər də nümunə göstəriləsi həyat deyil.

Yorğanımızın altını sosiallaşdırmayaq.

Nə qədər olmasa ordan yaxşı qoxu gəlməyəcək.

# 1420 dəfə oxunub

Oxşar xəbərlər

Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
#
#
# # #