Elza ona lağ edənlərdən səviyyəlidir

Elza ona lağ edənlərdən səviyyəlidir
17 iyul 2017
# 14:45

Mən həqiqətən də anlaya bilmirəm, bizim qədirbilən xalqımız Elza xanımdan nə istəyir?

Bu haqda oturub xeyli düşünmüşəm. Ancaq faydası olmayıb, bir yerə vara bilməmişəm.

Elza səviyyəsi olan qadındır. Onun bəstələrini görməzdən gəlmək olmaz. Elzanın şeir yazmağının kiməsə istisi-soyuğu varmı? Axı bu ölkədə hamı əlinə qələm alıb nə vaxtsa şeir yazıb. Niyə bunu bu qədər böyüdürsünüz, başa düşməkdə acizəm. Və sizi əmin edirəm ki, bu gün Elzanın yazdığı şeirlər görkəmli şairimiz Fikrət Qocanın yeni şeirlərindən qat-qat gözəldir.

Hətta deyərdim ki, Elzanın şeirləri gərəklidir, lazımdır. Çünki Elza bu günün mənzərəsini yazır. Sadəcə bir məsələ var: Elza xanım fikrini ifadə etməkdə çətinlik çəkir.

Amma nə olsun? Bəlkə hamımız təzə-təzə yazmağa başlayanda dahiyanə əsərlər ortaya qoymuşuq.

Gəlin, icazə verək, Elza xanım da öz məharətini ortaya qoysun. Bəlkə nəsə alınacaq.

İndi sizin marığda durub Elzanın şeirlərini gözləməyiniz və çap olunan kimi ağzınıza gələni yazmağınız nə qazandıracaq bizə?

Siz özünüz Elzanı maraqlı edirsiniz.

Elzanın şeir yazması sizə qəribə gəlir və hər dəfə bu qəribəlik onun şeirlərinin oxunmasına səbəb olur.

Hətta Elzanın şeirlərinə dodaq büzənlərin səviyyələrinin aşağı olduğunu dəfələrlə görmüşəm. Elza özü də bu səviyyəsizliyi aşkar eləmişdi: Nəsiminin qəzəlini paylaşanda.

Amma bir məsələ də var.

Keçən dəfə Vaqif Bayatlının məşhur şeiri paylaşılmışdı. Altındakı rəylərə baxıb təəssüfləndim: “Bu da Elzanın atasıdır yəqin”, “Elza kimi sayıqlayır”.

Anoloji hadisə başqa şairlərimizin də başına gəldi. Məsələn, Musa Yaqub, Əli Kərim...

Hələ bir az da qabağa gediblər: Aqşin Yenisey, Şəhriyar del Gerani də bu sıradadır.

İndi mənə məsələ aydın olur. Elzanı oxuyan kütlənin şeirdən xəbəri yoxdur. Guya bunlar şeir biliciləridir, əllərində xətkeş durub gözləyirlər ki, pis şeir qabaqlarına çıxsın, vurub sıradan çıxarsınlar. Halbuki onların Vaqif Bayatlıdan, Musa Yaqubdan, Əli Kərimdən xəbərləri yoxdur.

Elza öz şeirləri ilə bu kütlənin nə qədər savadsız olduğunu ortaya çıxardı.

Yoxsa ki, şeiri bilən adam üçün Elza mübahisə mövzusu deyil.

Sənət eşqi ilə yanan bir qadın sənətkar üçün təhlükə ola bilərmi?

Nə olsun ki, o qadın hələ təzə-təzə addım atır, hələ bişməyib, özünü ifadə etməkdə çətinlik çəkir? Nə olsun?

Sənətkar, arif adam üçün Elza təhlükə deyil.

Təhlükə Elzanı bəyənməyə-bəyənməyə Azərbaycanın ciddi imzalarından xəbərsiz olmaqdır.

Bax bu yerdə Kərəmi ağlamaq tutur...

# 2987 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
# # #