Transformatorda sevişmək

Transformatorda sevişmək
21 oktyabr 2015
# 12:40

Dünən gecə şəhərdə bədbəxt hadisə baş verib. Gənc bir oğlan sevdiyi qızla 6 min voltluq transformatorun qapısını açıb içəri girib.

Nəticədə qızla oğlanı tok vurub.

Hələlik onu bilirik ki, oğlan qolunun birini itirib, qızın da vəziyyəti yaxşı deyil.

Olduqca tragikomik durumdur. Adam bilmir gülsün, yoxsa ağlasın.

Məsələ aydındır. Kim öz xoşuyla transformatora girər! Onları o ölüm qutusuna salan enerjinin adı məlumdur.

Əslində baxsan bu ölkədə transformatora girən təkcə onlar deyillər.

Nə qədər cavan oğlan, cavan qız, sevgili hər dəfə görüşmək üçün bu cür xəyali qutulara-transformatorlara girir.

Məhəllə var, gərək qızla keçəndə əlindən tutmayasan. Şəhərdə sevgilini qucaqlayıb dodağından öpmək istəsən o dəqiqə sərt reaksiya alarsan. Transformator şükürlü olar.

Baxırsan ki, sevgilidirlər, hardasa tanış olublar. İndi görüşmək, sevişmək istəyirlər. Di gəl görüşmək, söhbət etmək üçün normal bir kafe, normal bir yer tapa bilmirlər. Əvvəla qorxursan ki, qızın qohumu filan peyda olar, problem yaranar, ikincisi də sarılmaq istəyən kimi ofisiant başının üstünə kəsdirib deyəcək bizim kafedə belə şey olmaz.

Qızın evinə getmək olmaz, məhəllədə tutsalar öldürərlər, qızı evinə də gətirə bilməzsən, öz məhəlləndə deyərlər ki, camaatın ana-bacısı var, məhəlləyə qız gətirir.

Vəziyyət bu cür olanda da sevgililər adamın ağlına gəlməyən yerlər fikirləşirlər. Maşını olanın işi yenə rahatdır, çöllük yerə, ağaclığa, dəniz qırağına gedə bilir. Vay o gündən ki, maşının da olmaya.

Onda məcbursan bu oğlan kimi transformatora girməyə.

Əslində dünənki hadisə vəziyyətin nə qədər acınacaqlı olmağının nümunəsidir. Gör adam nə vəziyyətə düşüb ki, 6 minlik transformator ona otel otağı kimi görünüb.

İnsanların şəxsi həyatlarına müdaxilə etdikcə, küçədə öpüşən görən kimi üzünə marıtladıqca, adamların namusunu, əxlaqını, cinsi həyatını ictimai müzakirə mövzusuna çevirdikdə bu cür bədbəxt hadisələr də davam edəcək.

Bu hadisədə isə anlayan üçün ibrət dərsi var.

Deməli, sevginin, şəhvətin, seksin qarşısında heç nə dayana bilməz. İstəyən bir yolunu tapıb ehtiyacını ödəyəcək. Lap bu yer transformator olsa belə.

# 1805 dəfə oxunub

Oxşar xəbərlər

Peyğəmbərlik nədir?

Peyğəmbərlik nədir?

15:00 7 yanvar 2025
"Qəzada ölənlərdən biri danışdı"

"Qəzada ölənlərdən biri danışdı"

13:15 26 dekabr 2024
Geylər niyə sürətlə çoxalır?

Geylər niyə sürətlə çoxalır?

12:16 23 dekabr 2024
Seriallarımızda ağsaqqallıq eləyənlər

Seriallarımızda ağsaqqallıq eləyənlər

12:19 19 dekabr 2024
“Sənə demişəm axı, heç bir qızı layk eləmə!”

“Sənə demişəm axı, heç bir qızı layk eləmə!”

15:00 16 dekabr 2024
Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
# # #