Kim Yafəsin sevgilisi ilə yarışa bilər?

Kim Yafəsin sevgilisi ilə yarışa bilər?
10 fevral 2015
# 12:09

Qədirşünas xalqımızın diqqətli övladları böyük şair Yafəs Türkəsəsin Kulis.az-da gedən qalmaqallı müsahibəsini oxumamış deyillər, hər halda...

Hərdən gileylənirlər: açıq-saçıq yazılar çox verməyin, ciddi olmaq lazımdı, ədəbiyyat hara, şou hara? Amma elə indi, bu dəqiqə Azərbaycan ədəbiyyatının ciddi, hətta çox ciddi problemlərinə toxunan yazıçı-tənqidçi Rəhim Əliyevin müsahibəsinə də baxın və hər iki yazının oxunma sayında müqayisə aparın. Əcəba, bu qüsurları tutan kimdir, bu yazıları oxuyan kim?

Sözüm əl-əlbət bunda deyildir.

Sözüm ondadır ki, müsahibədə Yafəs Türksəs cəmiyyət üçün həssas olan bir çox mətləblərə toxunub. Bunun biri də azad münasibətlərdir. Bəli, onun sevdiyi xanım ailəli ola-ola və bu münasibəti öz əri bilə-bilə həyatını şad-xürrəm davam etməkdədir. Daha ziyad olsun. Nə deyirik? Seçim özünündür. Özü bilər, əri bilər, sevgilisi bilər... Amma bircə məsələni unutmayaq: bu yaşam tərzi vətəndaş münasibətlərinin vətəni olan Fransanın özü üçün unikal nümunədir. Bizdə isə... Vah-vah-vah! Ən azad qadının da qarşısına “kozır” qoyar. Kim yarışa bilər Yafəsin sevgilisi ilə? Kim bu qədər azad ola bilər? Kim milli-dini dəyərlər adı qoyulmuş cəfəngiyatla bu qədər məzələnə bilər?

Bəlkə, Avropaya düşüncə və intellektlə getmək lazımdır, bədənin aşağı hissələri ilə deyil? Sizcə, düşüncə və intellekt olan yerdə azadlıq daha estetik görünmürmü? Axı səndən azad, səndən uzağa gedən, səndən avantürist biri həmişə vardır və bu azadlıq, bu uzağa getmək, bu avantüra əsla, əsla, əsla ölçü ola bilməz!

Ağlınız nə kəsir?

# 752 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
#
#
# # #