Ayxanı necə sındırdılar?

Ayxanı necə sındırdılar?
23 yanvar 2015
# 12:13

AYB-nin Ayxana ərizəni məcbur yazdırdığına adım kimi əminəm. Bir yerin ki, rəhbəri baş qaldıran gəncləri, ona müxalif olan gəncləri “sındırmaq” üçün nə desən edə...

Hələ, Ayxan şükür eləsin ki, evin pulunu verəndə ona Sahil metrosundan AYB-nin binasına qədər olan yolu dizin-dizin sürünəcəksən, sonra da Anar müəllimin otağına çıxacaqsan deməyiblər.

Dəfələrlə belə münasibət görməmişikmi? Açın onların müsahibələrini oxuyun. Hansında əsl yazıçı kimi danışıb? İnandırım sizi, heç birində.

Həmişə gənclərə od püskürür, gənclərə olan kin-küdurətini açıq-aşkar büruzə verirlər.

Bəlkə də Ayxanın əfv ərizəsi yazmasından Anarın xəbəri yoxdur. Nə olsun? Ətrafındakılar Anarın xasiyyətinə yaxşı bələddirlər. Onun eqosunu tumarlamaqdan ötəri də bu addımı atıblar.

Gəl gələlim Ayxana.

Onu başa düşürəm. Dərdinə qatılıram. Böyük faciə yaşayıb.

Şərif Ağayar AYB-dən çıxarılanda özündə təpər tapıb istefa vermişdi. Ehtiyac içində ola-ola AYB-nin təqaüdünə, ev puluna üz çevirə bilmişdi. Bu cəsarətli addım idi.

Sonra, əlbəttə, AYB Ayxana təzyiq göstərib: 25 mini istəyirsənsə, əfv ərizəsi yazmalısan...

Ayxan ərizə yazanda hamımız pis olmuşduq. AYB əlindəki imkanlardan istifadə edib ehtiyac içində olan bir ailənin üzvünü əzməyə çalışırdı. Heç kimin də Ayxana acığı tutmurdu.

Ərizədir də...

Lakin, ay Ayxan...

İndi məlum olur ki, ərizəni heç özü yazmayıb. Bax bu zaman Ayxanın arqumenti qəbul olunmur. Nə olsun əsgərlikdə idin? Nə olsun ki, ərizəni özün yazmağa imkanın olmayıb? Bir yolunu tapaydın. Sibirdə əsgərlik çəkmirdin ki...

Bəs sən necə razı oldun ki, bioqrafiyana yazılacaq bu hadisə səndən xəbərsiz baş versin? Ərizəni lap başqası yazmışdı. Yazandan sonra telefonda sənə oxumağa nə var idi? Hər halda adından əfv ərizəsi yazılırdısa ordakı hər cümlədən sözbəsöz xəbərdar olmalı idin.

Çünki bu sənin bioqrafiyandı, bu sənin imzandı.

Yox, oxumamısansa, əsgərlikdən gələndən, üstündən altı ay keçəndən sonra oxumusansa, o zaman pulu alıb açıqlama verməyin də yeri yox idi.

Susmaq lazım idi.

Amma sən susmadın...

Eybi yoxdur...

Bu məsələlərə görə, sən yox, qoy bioqrafiyasına 25 mindən ötrü gənc yazarı “sındırmaq” kimi daha bir qara ləkə yazılanlar narahat olsun.

# 1593 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
# # #