Yazıçılar Birliyi niyə əxlaqsızdır?

Yazıçılar Birliyi niyə əxlaqsızdır?
13 sentyabr 2017
# 14:26

Mirmehdi Ağaoğlu

Düşmənçilik edəndə də gərək mərdliyi əldən verməyəsən. Nağıllarımızda, dastanlarımızda buna nümunələr çoxdur. Ancaq nə yalan deyim, bu dəqiqə heç biri yadıma düşmür, nə qədər banal səslənsə də bir serialdan nümunə gətirəcəm.

İki aşirət bir-biri ilə düşmən olur. Aşirətlərdən birinin oğlu digər aşirətin qızını “sevirəm” adıyla qaçırıb evlərinə gətirir. Və qızın namusunu ləkələmək istəyəndə qardaşının o qızı qaçırmağına əvvəldən razı olmayan böyük bacısı buna imkan vermir, deyir, qaçırmısansa gərək evlənəsən, namusunu ləkələyib ata bilməzsən, onların bizə namus borcu yoxdu, qan borcu var.

Bax belə. İncəsənətin bir funksiyası da bəlkə budur. Bizə hazır formalar verir ki, bu formalara, qəliblərə baxıb o cür davrana bilək, çətinlik çəkməyək.

Bəs niyə AYB ilə bağlı qalmaqalda tamam ayrı metoddan istifadə olunur? Bəlkə ona görə ki, AYB özü neçə illərdir ədəbiyyata xəyanət etməklə məşğuldur və indi karma özünü göstərir. Ola bilər.

Ancaq...

Düşmənlə də mərd-mərdanə mübarizə aparmaq mümkündür. Daha “Xanımlara qəlyan çəkmək pulsuzdur” reklamını əldə dəstəvuz etməklə yox.

İttihama baxın:

Kafenin qabağında “Xanımlara qəlyan çəkmək pulsuzdur” reklamı varmış. Guya bu boyda Bakıda bircə “26” kafesinin qabağında belə lövhə var. Bağlayırsınızsa, o biri kafeləri də bağlayın.

İkincisi, qəlyan çəkməyin, üstəlik qadının qəlyan çəkməsinin nəyi əxlaqsızlıqdır? Bu ifadəni işlətməklə qadınları təhqir etdiyinizin fərqindəsinizmi?

Üçüncüsü, adətən bütün əyləncə mərkəzlərində qadınlara giriş və ya hər hansısa bir xidmət pulsuz olur. Qadınların çox gəldikləri obyektlərə kişilər də çox gəlir. Əyləncə obyektləri bununla daha çox müştəri cəlb etməyə çalışır. Bu da elementar marketinq texnikasıdır.

“Əxlaqsız gecə klubu” – ifadəyə baxın. Guya Bakının bütün gecə klubları əxlaqlıdır, camaat ora ibadət etməyə gedir, bircə AYB-nin binasındakı gecə klubu əxlaqsız olub. Gecə klubunun mahiyyəti budur; orda içirlər, oynayırlar, əylənirlər və sair və ilaxır. Və dünyanın heç bir yerində gecə klubları əxlaqsız məkan kimi dəyərləndirilmir.

Məsələn, ötən il Türkiyədə yeni il gecəsi partladılan gecə klubunu həmin o terroristdən başqa heç kəs əxlaqsızlıq yuvası adlandırmamışdı. “26”nı qapadanların meyarı ilə “əxlaqsızlıq” axtarışına çıxılsa onda gərək Bakının bütün gecə klubları bağlanaydı.

Qarşındakına beldən aşağı zərbələr endirməklə, ictimaiyyətin həssas nöqtələrinə toxunub xal qazanmaqla “düşmən”ə qalib gəlmək özü uduzmaqdır... Mənəvi baxımdan uduzmaq...

Necə olsa da bir mədəniyyət ocağına qarşı bu cür davranmaq yaraşmaz.

Axı bu məlum AYB-dir. İllərlə biz tənqid edəndə sizlərin müdafiə etdiyiniz AYB...

Bəs birdən-birə nə oldu?

Nə tez əxlaqsızlaşdılar?

# 2894 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
#
#
# # #