"Bozun əlli çaları": porno roman, yoxsa?  

"Bozun əlli çaları": porno roman, yoxsa?  
12 fevral 2015
# 11:31

Kulis.az yazar Günel Eminlinin "Bozun əlli çaları" psevdosevgi” məqaləsini təqdim edir.

Romanı sevənlər nəfəslərini içlərinə çəkib filmin Berlin kinofestivalında premyerasını gözləyirlər. Bu, bütün dünyada satış rekordları qırmış, E.L. Ceymsin müəllifi olduğu "Bozun əlli çaları" romanı əsasında çəkilmiş filmdir. Film avqustda hazır olsa da, təşkilatçılar onun Sevgililər günü (Valentin günü) ərəfəsində nümayişinə qərar veriblər. Vallah, özləri bilər, amma mən bu romanı oxuduqdan, filmin treylerini izlədikdən sonra hələ də qərar verməkdə acizəm. Sevgi bu romanın harasındadı?

Romanı uzaqbaşı, sevişməyi xoşlayan iki gəncin hekayəti kimi adlandırmaq olar, vəssalam! Son bir ayda internet üzərində ən çox axtarışa verilən və çox oxunan xəbərlər də məhz bu filmin treyleri və filmlə bağlı olub.

Filmlə bağlı başqa maraqlı faktlar da var. Devid Qandi, Mett Bomer, İen Somerxolder kimi məşhur modellər Kristian Qrey rolu üçün sınaqdan keçsələr də, nəticədə Ceymi Dornan seçilib. Ceymi Dornan rolunun daha inandırıcı alınması üçün kəndirlə bağlama sənətinə peşəkarcasına yiyələnib.

Hətta Amerikanın bir neçə ştatında qadın təşkilatları qadına zorakılığı təlqin etdiyi üçün bu filmi boykot etməyə və nümayişinin qadağan olunmasına səsləyiblər. Filmin rejissoru Sem Teylor Conson müsahibələrinin birində ciddi insanlarla məsləhətləşdiyini qeyd edir: "Biz ciddi adamlardan məsləhətlər almışıq. Bilməliyik ki, filmi heç də havadan çəkmirik. Hər şey inandırıcı olmalıdır. Onlar arasında milyonerlər üstünlük təşkil edir”.

Bu fakt mənə Stenli Kubrikin "Geniş bağlanmış gözlərlə" filmini yadıma saldı. Dünyanın hər naz-nemətini görmüş, usanmış varlıların gecələr kütləvi intim gecələrin təşkil etməsi Kubrikin təxəyyül məhsulu deyil, həqiqətin parçasıdır. Əsəri oxuduğum zaman romanın plagiat olması hissi məni rahat buraxmırdı. Əsərdə hadisələr, obrazlar mənə zaman-zaman bir çox filmlərin, romanların miksi kimi görünürdü. Məsələn, 1985-ci ildə Adrian Laynın "9 yarım həftə" filminin süjeti ilə bu roman arasında oxşarlıqlar var idi. Kristian Qreyin Oskar Uayldın "Dorian Qreyin porteri" əsərindəki obrazı ilə səsləşməsi də daha bir nümunədir. Yəqin soyadların eyniliyi də təsadüfü deyil. Dekadent stildə yazılmış bu fəlsəfi romanı erotik bestsellerlə müqayisə etmək istəməzdim. Orda Dorian Qrey Lord Henrinin əxlaqsız ideyalarının və şöhrətpərəstliyinin qurbanı olur. Kristian Qreyin belə əxlaqsız olmağının səbəbini müəllif bu kitabında açıqlamır. O, bu kitabı trilogiyanın birinci hissəsi sayır.

Bu romanı tənqidçilər "analar üçün porno" adlandırıblar. Əsərin məşhurluğu göstərir ki, Nitşenin "bütün qadınlar zorlanmaq istəyir" fikri təsadüfən yaranmayıb. Və biz buna təəssüflənirik.

Çağan İrmakın "İssız adam"ındakı Alpər obrazı müasir cəmiyyətin insanı sürüklədiyi tənhalıq problemlərini açmağa çalışır. Çoxçalarlı cəmiyyətdə insanın varoluşunu, var olma çabalarını və təkliyə qısılmasını canlandırır. İş, seks, yemək Alpərin həyat tərzidir. Kristian Qrey də elədir. Lakin müəllif Qrey obrazını səthi, əsas məqsəd BDSM fanatlarını sevindirmək üçün yaradıb.

Anasteyşa Stil özünü əsərdə tez-tez sevdiyi klassik obrazlarla (Elizabet Bennet, Tess) müqayisə edir. E.L.Ceymsin fikrincə klassik romanlar sevən qızların qanında sabmassiv ruh yaşayır.

Romanın Bakıda da populyarlığını nəzərə alan istifadəçilər restoranların birində qrotesk üslubda ziyafət təşkil edəcəklər. Hətta gələnlərə dress-kod da tətbiq olunacaq. Kişilər boz kostyumda, qadınlar isə qırmızı libasda olmalıdırlar. Heyhat?! Qısaca, bu ziyafətin BDSM sevərlər və restoranın piarı üçün təşkil edildiyi məlumdu, roman və film sadəcə bəhanədi.

P.S. Romanı oxumağıma sərf etdiyim 5 saat yarımı həyatımın ən mənasız xəmsəsi elan edirəm.

# 2436 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
#
#
# # #