Söyüşcül azarkeşlər

Söyüşcül azarkeşlər
28 mart 2014
# 11:10

Yaxın keçmişdə Qarabağ FK-nın etdiyi uğurlu transferdən sonra Qarabağın hər oyununa gedirəm. Oyunlar müxtəlif stadionlarda keçirilsə də əksəriyyəti Tofiq Bəhramovun adını daşıyan respublika stadionunda olur. Həftədə iki və ya bir dəfə bu stadionda azarkeşlərlə 90 dəqiqəm keçir. Bir şeyi qeyd edim ki, Qarabağ Azərbaycan klubları içində öz azarkeşlərinin sadiqliyinə və say çoxluğuna görə seçilir. Yadımdadır, bir dəfə şiddətli qar yağmışdı, bütün oturacaqlar qarla örtülmüşdü amma stadionda yenə də kifayət qədər Qarabağ azarkeşi var idi. Sözüm onda deyil, sözüm azarkeşlərin özlərini aparma qaydasındadı.

Əvvəla hər kəsə məlumdur ki, Azərbaycan azarkeşi dedikdə əlində bir paket günəbaxan tumu olan, çırtlayıb yerə tüpürən gənc göz önünə gəlir. Bəli, bu qaçılmazdır. Amma gəlin baxaq azarkeşin stadionda “oturma” qaydasına... Niyə bizim azarkeşlər oturacaqlardan ayaq qoyma vasitəsi kimi istifadə edirlər? Bəyəm oturacaqlar ayaqlarımızı qoymağımız üçün qurulub? Oyunu izləyəndə daim hansısa azarkeş tapılır ki, gəlib ayaqlarını qoysun yanıma, tumunu da çırtlasın çantamın üstünə. Deyəcəksiz, oturacaqlar təmizlənmir. Bəli, razıyam! Amma sağa sola boylansanız oturacağa qəzet qoyub əyləşən orta yaslı azarkeşləri görə bilərsiz.

Gələk digər məsələyə.

Azyaşlı azarkeşlər bizim oyunların bəzəyidir. Tanıdığım bir futbolçu mənə demişdi ki, uşaq azarkeşləri görəndə xüsusi zövq alır və bu, onun üçün xüsusi stimuldur.

Amma... Amması var: bu 13-14 yaşlı azarkeşlər çox emosionaldırlar.

Dəfələrlə onlardan nalayiq sözlər eşidəndə qərara gəldim ki, bundan sonra oyunlarda qulaqcıqla oturum. Başa düşürəm, bizim azarkeşler stadionda xanım izləyici görməyə alışmayıblar. Lakin bu, onlara hər vurula bilməyən “qol”da, hər hakim qərarında cinsi orqanlarının adını çəkməyə əsas vermir.

Əzizlərim, futbolu sevirsiz? Çox gözəl! Amma etik normaları unutmaq olmaz. Normal insanlar kimi oturacaqda oturmaq, söyüş söyməmək, tum qabıqlarını başqalarının çantalarının üstünə atmamaq çox da çətin deyil, məncə. Belə olduğu halda qadın azarkeşlər də normal şəraitdə gəlib sevdiyi klubun oyununu izləyər.

Özünüzdən başlayın!

Bir də görəcəksiz stadion daha sivil və əyləncəli bir yerə çevrilib.

# 2936 dəfə oxunub

Oxşar xəbərlər

Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
# # #