Turalın mutluluğuna!

Turalın mutluluğuna!
7 yanvar 2016
# 15:33

Qorox

Qrudinka

Qoz

Un

Ziriş...

Uzun-uzadı siyahı yazıram Whatsappda. Səhər oyanmışam, beyin çönüb. Nəsə eləmək lazımdır. Bu boşluqdan qurtulmaq. Bəlkə məişət qayğılarına verim özümü?! Hə, görüm uşaqlar nə yemək istəyir.

- Oğlum, mama nə bişirsin?

- Piraski...

- Yavrum, sən nə istəyirsən?

- Mmm... yemekmiii??? L

Bir göz qırpımında yerindən sıçramaq, nə qədər ki, bu məişət həvəsi beynimi tərk etməyib mətbəxə atılmaq, düşünmədən, heç nəyə aldırmadan sadəcə adi, sıradan biri, bəsit bir evdar qadın roluna girmək... Onu et, bunu et, qazanı qazana cala, rəngbərəng tavalarda rəngli tərəvəzləri at-tut, hər şeyi dəmdəstgahıyla et, hamıdan öncə özünə 2-3 saat ərzində nə xarüqələr yarada biləcəyini sübut elə.

Mən o gördüyünüz daim bəzəkli qadınam. Manikürləri al, dodaqları boyalı, saçları baxımlı, qayğısız görünən, deyib-gülməyi hamıdan yaxşı bacaran qadın. Siz məni mətbəxdə qaz qabağında, hamamda uşaq dalı yuyan, ərinə köynək ütüləyib, ayaqqabılarını təmizləyən qadın kimi görməmisiz, bəlkə təsəvvür də etmirsiz. Əslində haqlısız. Mən bunların heç birini etmirəm. Amma mən də bəzən unudulmuş qadınlığımın heyifini məişətdən çıxmaq istəyirəm. O qadın olmağı istəsəm, mən də bacararam – deyib özüm-özümə isbat edirəm. Amma nəticə dəyişmir – HƏ, NOLSUN?!

Nə axşam süfrəyə düzülmüş çeşidli yeməklər, nə dolabın üstündə qurumaq üçün arxası üstə yığılmış bir toyxana qab-qaşıq, nə tozu alınmış əşyalar, nə silinmiş döşəmə, təmizlənmiş xalılar... və bu qəfil mutlu olmaq dirəncinə belə axşam oturub hönkürən adam...

Hərdən elə istəyirəm ki, qızlarla, arvadlarla oturub ərimdən-zaddan danışım. Hər gün açdığım yeni ətirdən, kəsdiyim etiketlərdən... Hər gün bir yeni əlbisə, hər gün təzə ayaqqabı ilə boşluqları doldurmaq cəhdimdən...

Nə edirsənsə et, doyduğunun fərqindəsənsə, daha təəccüblənə bilmirsənsə, Turalın mutluluk araşdırmalarına gülümsəməkdən başqa yolun qalmır. Tural, mən də anı yaşamaq istəyirəm, amma həyat gözümün qabağında su kimi axıb gedir. Beynimin sol küncünə çaxacaq nə bir gülləm var, nə hünərim. Andıraqalmış mutluluk çabalarımsa bitmir ki, bitmir.

Mən bir gün intiharı da mutlu olmaq üçün edəcəyəm, dostum... özüm üçün ən gözəl ölümü seçməkdəyəm, nə gözəl qadındır deyənlər “nə gözəl ölümdür” deyə bilsinlər deyə...

# 1470 dəfə oxunub

Oxşar xəbərlər

Fahişələrə haqq qazandıran filmimiz

Fahişələrə haqq qazandıran filmimiz

15:00 11 iyul 2024
Səkkiz ildir evliyəm, amma...

Səkkiz ildir evliyəm, amma...

13:23 11 iyul 2024
Qız qaçırtdığına görə özünü yandıran qazi

Qız qaçırtdığına görə özünü yandıran qazi

13:25 10 iyul 2024
Füzuli və Mikelancelonun bir-birinə ehtiramı

Füzuli və Mikelancelonun bir-birinə ehtiramı

12:00 10 iyul 2024
İntellektual kartof püresi

İntellektual kartof püresi

14:07 9 iyul 2024
Yataqda arvadının ssenarilərinə qulaq asan kişinin qırmızı maşını

Yataqda arvadının ssenarilərinə qulaq asan kişinin qırmızı maşını

21:00 8 iyul 2024
# # #