Facebookun Füzulisi

Facebookun Füzulisi
31 iyul 2015
# 10:53

Bir neçə gün əvvəl internetdə bir kəps çıxdı qarşıma. Kəpsdə Füzulinin adından belə bir sitat vardı: Talehə sitəm eləmə. Sən nə vaxt buğda əkdin də arpa dərdin?

Əvvəlcə onu deyim ki, Füzulini bizə heç vaxt doğru yöndə tanıtmayıblar. XXI əsrdə yaşayırıq, hələ də məktəbdə “Padişahi-mülk, dinarü dirəm verib/Fəthi-kişvər qılmağa eylər mühəyya ləşkəri” şeirini öyrədirlər. Əlimi vicdanıma qoyub əminliklə deyərəm ki, bunu heç ədəbiyyat müəllimlərinin çoxu tam aça bilmir.

Di gəl ki, məktəblilərə əzbərlədirlər. Bəlkə də əlli ildir ki, belə gəlib, belə gedir. Füzulini bu üsulla tanıyan adam da, sonra ondan qaçaq düşür, çünki başa düşməyib. Əzbərləyib. Ona görə də bizimkilərin elə yalandan “Füzuli böyük şairdir” deməkləri var, əslində heç bir beytini də anlamırlar.

Türklər bu baxımdan çox yaxşıdırlar. Qəzəlin, beytin mənasını, asan, çağdaş dillə yazırlar, onu çatdırmağa çalışırlar. Camaat da rahat başa düşür.

Gələk kəpsimizə. Bilmirəm, bu beyt Füzulinindir ya yox, Füzulinindirsə hansı qəzəlindəndir. Amma bir şeyi əminliklə deyə bilərəm ki, olduqca dərin, müdrik fikirlərdir.

Həqiqətən.

Nə qədər taleyimizdən, bəxtimizdən şikayət edəcəyik? Bəlkə təqsir özümüzdədi? Axı nə vaxt buğda əkdik ki, indi arpa biçdiyimiz üçün şikayət edirik? Əkəndə baxmışdıqmı nə əkirik, arpamı, buğdamı?

İnsan taleyini, alın yazısını həmişə şahmat oyununa bənzətmişəm. Elə adam var ki, şahmatda ancaq bir gedişi görə bilir, eləsi də var on gedişi əvvəldən müəyyənləşdirir. Bəlkə Tanrı da hələ on nəsil əvvəldən bizim hansı gedişləri edəcəyimizi görür, bilir. Elə bil, meşədə itmisən, biri də vertolyotdan baxıb sənə deyir ki, filan cığırla getsən qarşına ayı zağası çıxacaq, o biri ilə getsən bulaq görəcəksən. İstər buna öncəgörmə de, istərsə də alın yazısı. İndi atdığımız addımın sabah taleyimizə təsiri var.

Bethovenin atası onu döyməsəydi bəlkə dünya doqquzuncu simfoniya ilə tanış olmayacaqdı.

Burda başqa bir atalar sözü də yada düşür. Nə əkərsən, onu da biçərsən. Deməli, üzülməyə, taleyə sitəm etməyə, bəxtimizi qınamağa dəyməz, bu gün dərdiyimiz meyvələr dünən əkdiyimiz toxumlardı.

Nə isə.

Keçənə güzəşt deyərlər.

Heç olmaya bundan sonrasına diqqət edək.

# 1151 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
#
#
# # #