Naqis doğulanlar

Naqis doğulanlar
5 avqust 2014
# 12:24

Qədim Çində belə bir ölüm üsulu vardı: iri su çəlləyini hündür bir yerə qoyub altındakı dirəyə cəzaya məhkum edilmiş insanı bağlayırdılar və damcı-damcı su onun başının eyni nöqtəsinə damcıladığına görə beynini deşirdi. Alaistedad, alayarımçıq adamlar sayt-qəzet ənginliklərində eyni mövzularla, bizim beynimizi bu cür deşmək fikrindədirlər. Bu tərəzi xislətlilər (bir dən artığına əyilirlər) eyni adamı müsahibələrində, yazılarında, “səyyah tənqidçiliklə” gecə-gündüz öz aləmində vurmaqla, tənqid etməklə – eyni yerə damcılamaqla məşğuldurlar. Bu cür “köşə adamları” (köşə yazarları) ata-babadan qalma kəndistan xatirələrini dekonustruksiya etməklə xəlqi, küçə səviyyəsində eşqlərini yada salmaqla lirik, hansısa siyasi şəxsin fikrinə alayarımçıq ironiya etməklə siyasi, bütün ədəbi-bədii yüngüllüklərinin media vasitəsiylə yayılmasının cəmində isə guya ictimai adam olurlar.

Eyni adamı daim tənqid eləmək, ona istedadsız demək, əslində, insanın öz bədbəxtliyi və narahatlığıdır. Məsələn, istedadsız adamlar mənim vecimə deyil və mövzum da ola bilməz. Ancaq səni kiminsə istedadlı və ya istedadsız olduğu narahat edirsə, deməli, o insanda sənə sürtülmüş hansısa “acı bibər” var ki, yeri gəldi, gəlmədi onun varlığından göynəyirsən.

Barama qurdu kimi özlərini hördüklərinin fərqində olmayan bu “köşə adamları” qonorar xatirinə hər mövzunu “yazı” etməyə hazırdırlar. Köşə vətənimizdə çox mərdləri namərd eləməyə, namərdlərisə biabır eləməyə qadirmiş.

Bu cür yazıları dərc edən sayt-qəzetlər isə eyni situasiyaya təkrar-təkrar qayıtmaqla, eyni adamların dəfələrlə tənqid olunmasını təşkil etməklə, sayt-qəzet rəhbərinin köşə adamı (guya köşə yazarı) eyni mövqeni bölüşdüyünü aydın əyan edirlər. Bu mövqe isə peşəkarlığa, sivil jurnalistika etikasına Ay qədər uzaqdır. Arzuolunandır ki, bu cür hallar olmasına sayt-qəzet rəhbərləri razı olmasınlar. Elə bilirəm “İP tərəzisinə” iki ayaqlı tullanımaq səviyyəli kəslərə yaraşmır...

Yazdığım bu yazının da həmin “köşə adamlarına” sirayət etməyəcəyini bilirəm, çünki Mirzə Cəlil demişkən “bir qism insanlar var ki, doğuluşdan naqisdirlər” onları nə ailə tərbiyəsi, nə din, nə ədəbiyyatın böyüklüyü, nə də sənətin sərhədsizliyi, rəqibsizliyi yola gətirə bilməz. Bu mənada, onların halına yanmağım Solonun faydasız göz yaşlarına bənzəyir. Deməli:

Afinanın məşhur fərmandarı Solon oğlu öləndə ağlayır. Onu bu halda görən dostlarından biri təskinlik üçün deyir:

- Axıtdığınız göz yaşının heç bir faydası yoxdur.

Solon cavab verir:

- Mən də elə göz yaşlarının faydasızlığına görə ağlayıram.

# 3761 dəfə oxunub

Oxşar xəbərlər

Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
# # #