Şəhriyarın Quranı

Şəhriyarın Quranı
7 oktyabr 2016
# 13:11

İstedadlı qələm dostumuz Şəhriyar del Gerani Quran yazmaq qərarına gəlib. Bu barədə mətbuata da açıqlama verib, fikrini bildirib.

Əvvəla onu deyək ki, Şəhriyar kimi gözəl bir şairin şeir yazmaq əvəzinə, ədəbiyyatla məşğul olmaq əvəzinə belə cəfəng bir addım atması, hər şeydən əvvəl təəssüf doğurur. Çünki Şəhriyar faydalı işlər görə bilər, bunun əvəzinə özünü xərcləyir.

Burası belə. Şəhriyarla məsələ aydındır. Aydın olmasa da, üstünə düşərik, axşama bir qonaqlıqda yığışıb başa salarıq.

Məni narahat edən Şəhriyara qarşı aqressiv davranan, ona təhqir dolu mesajlar yazan dindarlardır.

Sizə nə olub?

Nə istəyirsiz?

Şəhriyar hamı kimi azad adamdır. İstədiyi mövzuda yazmaq haqqı var, belə bekardırsa lap götürüb Tövratı da təzədən yaza bilər, hətta “Kama-Sutra”nı da. Ona heç kim heç nə deyə bilməz.

Amma sizin onu təhqir etməyə haqqınız çatmır.

Öz arqumentlərinizlə cavab verim:

Bu din Allahdan gəlməyibmi?

Quran Allah tərəfindən nazil olmayıbmı?

Və iddia etmirsinizmi ki, Qiyamətə qədər onu heç kəs dəyişə bilməz?

O zaman niyə belə gərginsiz?

Nə düşmüsünüz bir şairin üstünə.

Şəhriyarın dinə xələl gətirəcəyindənmi qorxursuz?

Quranın əldən gedəcəyindənmi narahatsız?

Əgər bu din, bu Quran bir Şəhriyarla korlanacaqsa, təhqir olunacaqsa, varsın getsin dünəndən korlansın, korlanmayacaqsa min Şəhriyar gəlsin, çifayda.

İndi özünüz qərar verin.

Qərar verə bilmirsinizsə, hələ Şəhriyar onu dəyişməmiş açın Quranı oxuyun: Fil surəsini. Əbrəhanın əhvalatını, əbabil quşlarını, Allahın öz evini – dinini - qorumasını...

Hər şey Quranda yazılıb.

# 1184 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
#
#
# # #