Ərəblər gəldi, qeyrət əldən getdi

Ərəblər gəldi, qeyrət əldən getdi
7 dekabr 2017
# 10:36

Günel Natiq

“Ərəblərin gecə macəraları... “, “Ərəblərin Torqovıdakı ziyafətləri” və s. Bir sözlə, hansı daşı qaldırırsan, altından ərəb çıxır. Hansı məqaləni oxuyursan, hər iki səhifədən bir ərəb zühur edib öz bəd əməllərini törədir.

Əsəbiləşməyib nə edəsən? Sosial şəbəkələrdə ərəb qonaqların sərgüzəştlərini əks etdirən fotolar da bir tərəfdən izləyənləri qıcıqlandırır. İzlədiyim qədər bu adamlar hədsiz emosionaldırlar və həyatı dolu-dolu yaşamağı sevirlər.

Ərəblərin quş ovuna getməkləri də ayrı həngamədir. Ovladıqları heyvanları yan-yana qoyub fotolarını çəkir, sosial şəbəkədə nümayiş etdirirlər; açıq-aydın görünür ki, bu işdən böyük zövq alırlar. Yəqin ki, daş dövrünün insanları da ov zamanı əldə etdikləri qənimətlərə belə ürəkdən sevinirdi.

Bahalı maşınları ən az bizim qədər sevir, avtomobilin böyük və dəbdəbəli olmasına xüsusi diqqət yetirirlər. Hələ azərbaycanlı qızla evlənən ərəb kişinin gündəm yaradan fotosu! Gəlin maşınının qızılı rəngdə olması məni xüsusilə əyləndirdi. Görünür, ortabab ərəb bəyimizin ərəb şeyxləri kimi xalis qızıldan olan avtomobilə əli çatmasa da, qızılı rəngdə olan maşınla gözünün qurdunu öldürüb, bir növ dəbdəbəyə olan tələbatını belə ödəyib. İnsanların tələbatını anlamaq lazımdı.

Həqiqətən şərqlilərin əcaib tələbatları var!

Bizim ticarət adamları da onların bu alışqanlığından gen-boluna faydalanır.

Məsələn, restoranlarda ərəb qonaqların qabağına ən bahalı menyunu qoyurlar, ucuz ərzaqlar od qiymətinə sırıyırlar, əldəqayırma oyuncaqları brend malları kimi təqdim edirlər, taksilərdə gediş haqqını ikiqat alırlar və s. Əslində narazılığa əsas yoxdur. Bəs “Ay aman, yenə bu ərəblər gəldi!”, - deyə giley-güzar nə üçün?

Restoranların birində ofisiant işləyən tanışım da ərəblərdən xeyli şikayətçidir. Deyir ki, pintidirlər, dağıdıb-tökürlər, onlar gedəndən sonra hamımız səfərbər olub zir-zibillərini yığışdırırıq və s.

Halbuki bu natəmiz qonaqların sayəsində restoran sahibləri və ofisiantlar xeyli qazanc əldə edir. Məncə çətin şəraitdə belə qazancın müqabilində bir çox qüsurları görməməzlikdən gəlmək olar.

Yeri gəlmişkən, ərəbləri natəmizlikdə qınayanlar niyə kənardan özlərinə baxmırlar? Məgər biz özümüz əlimizə keçənləri küçəyə tullamırıq ki? Dənizə çirkli sular axıdan, çimərlikləri qarpız qabıqları, boş şüşələrin yığınına çevirən, avtobusların oturacaqlarını cızan, pərdələrini kəsib aparan bizlər deyilikmi?

Dağıdıcı fəaliyyətimizin qarşısını almaq üçün tədbirlər görülsə də faydası olmur. Məsələn, Milli Parkda günəbaxan tumunu satmaq qadağan edilib. Məncə haqlı təşəbbüsdür.

Razılaşıram, ərəblər bunu ifrat dərəcədə edirlər. Skamyalarda oturub dırnaqlarını tutur, yollara tüpürürlər və s. Etikadan kənar hərəkətlər, bəzən saymamazlıq insanlarda haqlı olaraq qıcıq yaradır. Amma bu situasiyadan da özümüz üçün müəyyən bir dərs çıxarıb, öz davranışımızı müsbətə doğru dəyişə bilərik.

Daha bir incə məsələ var; ərəblərin qızlarımıza münasibəti. Əslində burda qeyri-adi heç nə yoxdur. Ölkəyə gəzməyə gəlmiş subay bir turist üçün təbii ki, yerli qızlarla tanışlıq maraqlı olacaq. Bir də turistlərin gecə macəralarının qəhrəmanları elə gecə ovuna çıxmış qadınlardı.

Bəs niyə “Ay millət, qeyrətimiz əldən getdi”, deyə dizimizə döyürük? Məgər ərəblər olmasa, gecələr müştəri ovuna çıxan qadınlar 180 dərəcə dönüş edib nümunəvi ev xanımlarına çevriləcəklər? Yoxsa qadınlarımızın əxlaqını korlayan elə əcnəbilərdir?

Məsələn, ərəb səhralarının birində zorlanan iki azərbaycanlı qızla bağlı hadisəni götürək.

Razılaşıram, tükürpədici faktdır. Bu hadisəni törədən kişilər normal ola bilməzlər, sözsüz ki, psixoloji problemləri var.

Onu da istisna etməyək ki, söhbət normal qadınlardan deyil, fahişələrdən gedir. Dubaya məlum “iş” səbəbindən gedən iki azərbaycanlı qadın iki ərəblə tanış olub pul müqabillində öz xidmətlərini təklif ediblər. Ərəblər isə yırtıcı instinktlə hərəkət edərək qadınları zorlayıb, dəhşətli xəsarətlər yetiriblər.

Rahat pul qazanacaqlarını düşündükləri zaman iki psixopatın, iki yırtıcının çənginə keçmiş qadınların taleyi dəhşət doğurur - birinin orqanları sıradan çıxıb, digəri isə sarsıntı səbəbindən ruhi xəstəyə çevrilib.

Amma necə deyərlər, ova gedən ovlanar.

Yolu Dubaydan keçən yüzlərlə qadınlarımızı göz önünə gətirin. Onların təsvirini heç bir silgiylə silmək, yaddaşlardan qoparmaq mümkün deyil.

Bu təkcə bir qadının, ya yüz qadının taleyi deyil. Hər birimizin tərcümeyi-halına bu qadınların taleyindən gözəgörünməz yazılar yazılıb. Görməsək də, fərqindəyik.

Deməli, əcnəbilərin şəhərimizə, insanlarımıza olan münasibətinin səbəblərini özümüzdə görməyi bacarmalıyıq. Bizim vərdişlərimiz onlar üçün davranış kompası rolunu oynayır.

Odur ki, gileylənməkdənsə, zərərli vərdişlərimizdən xilas olub yaxşı nümunə olmağa cəhd edək.

# 1707 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
# # #