Şəhidə “toy” edənlərin məqsədi nədir?

Şəhidə “toy” edənlərin məqsədi nədir?
24 iyun 2024
# 11:19

Kulis.az Rəna Nevzatın yeni yazısını təqdim edir.

Toy...
Orta statistik azərbaycanlının həyatdakı ən ali məqsədi...
Çata biləcəyi ən böyük uğur...

Uşaq anadan olanda valideynlərinə deyirik: “Toyuna gələk...”

Subay biri təzə paltar alanda deyirik: “Toyunda geyinəsən...”

Övlad sahibləri nəyəsə sevinəndə deyirik: “Bala(lar)nın toyunda sevinəsən...”

Qoca nənə-babalar subay uşaqlara deyir: “Toyunu görüm...”

Bütün həyat xətləri toyda birləşir, toyda cəmlənir.

Azərbaycan toyları iki nəfərin həyata birlikdə davam etməsi üçün qurulan nikah mərasimi havasından çoxdan çıxıb.

Əlbəttə, xaricdə də evlənirlər, toy edirlər. Xarici toy mərasimlərində iştirak etməsəm də, inanmıram ki, onlardakı vəziyyət bizimki qədər biabırçı olsun. Ən azı, internetdəki videolarda görürük. Bəydi, gəlindi, on beş-iyirmi nəfər də ən yaxınlar. Hamı sevinir, hamı şənlənir. Ürəkdən sevinir, ürəkdən şənlənir. Hiss edirsən ki, orda heç kim dəvətnaməni alanda ürəyində söyməyib, toya yazdıracağı nəməri kimdənsə borc almayıb, yazdırdığı pulun əvəzini çıxmaq üçün iki-üç nəfərin payını yemir...

Yoxsa bizdəki kimi...

Qısası, danışılası dərd deyil.

Hər şeyin zibilini çıxartmaqda mahirik.
Toyun da zibilini çoxdan çıxartmışdıq. Toylardakı israfçılıqla, sünnət toyları ilə, “lotu” toyları ilə...

Bir qalmışdı şəhidə toy etmək, onu da etdik.

Artıq üçüncü ildir müxtəlif yerlərdə müxtəlif şəhidlərə toy edirlər.
Birinci dəfə 2021-ci ildə şəhidə toy ediləndə bu haqda çox danışıldı, çox yazıldı, çox qınanıldı. Qarşısı alındımı? Yox.
Bu yaxınlarda yenə “şəhid toyu” oldu.

Yenə şəhidin karton maketini ortaya gətirib “oynatdılar”.

Valideynləri necəsə başa düşmək olar. Balasıdı, övladıdı, canından bir parçadı, onun da arzusu olub ki, balasının toyunu görsün. Amma qismət...

Bəs o nəslin ağsaqqalı-ağbirçəyi? Yəni bir nəfər ağlı başında olan adam çıxıb etiraz edə bilməzdi? Deyə bilməzdi ki, ay bala, neynirsiz?

Bəs o toya gələnlər? Karton maketin ətrafında qol qaldırıb süzənlər? Onlar nə deyib oynayır? Onlar nə deyib şəhidin toy yeməyindən nuş edir?

Sizcə, siz belə etməklə şəhidin ruhu şad olur? Çətin ki.

Görəsən, o şəhidlərin döyüş yoldaşları da gəlir toya? Görəsən, onlar da nəmər yazdırır?

Bəs o toydan yığılan pul necə olur?

Və biz o pulu necə adlandırmalıyıq? “Toy nəməri”, yoxsa, “qan pulu”?


# 2977 dəfə oxunub

Oxşar xəbərlər

Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
# # #