İran törətdiyi cinayəti ört-basdır etməyə çalışacaq

Aqil Abbas, yazıçı

Aqil Abbas, yazıçı

27 yanvar 2023
# 14:42

Kulis.az Millət vəkili, yazıçı Aqil Abbasın yazısını təqdim edir.

Adını İslam respublikası qoyub, İslami dəyərlərdən uzaq olan, bayrağına «ALLAH» sözü yazıb, şeytana qulluq edən İran «molla fars» rejimi daha bir alçaqlığa əl atdı. Azərbaycanın Tehrandakı səfirliyinə silahlı basqın törətdilər. Səfirliyimizin bir əməkdaşı şəhid oldu, iki əməkdaşı isə yaralandı.

Bu, terrordur, özü də siyasi terror. Dünyada qəbul olunmuş qanunlara görə, hər hansı bir ölkədəki səfirlik həmin ölkənin ərazisi sayılır. Səfirliyə hücum etmək eyni zamanda dövlət sərhədini kobudcasına pozmaqdır. Ya səfirliyimizə hücum etdin, ya da Araz çayını keçib hər hansı bir kəndimizə.

Bundan başqa, hər bir dövlət ölkəsində fəaliyyət göstərən səfirliklərin və digər diplomatik nümayəndəliklərin mühafizəsini öz öhdəsinə götürür və buna görə də məsuliyyət daşıyır.

Azərbaycanda fəaliyyət göstərən bütün səfirliklər və diplomatik nümayəndəliklər bizim xüsusi xidmət və hüquq-mühafizə orqanları tərəfindən mühafizə olunur. O cümlədən İranın Bakıdakı səfirliyi də. Hətta bizim hüquq-mühafizə orqanları səfirliklərin qarşısında piket keçirməyə də icazə vermirlər.

Bu cinayətin araşdırılmasını təkcə İran dövlətinə etibar etmək olmaz. İran dövləti özünün törətdiyi cinayəti yəqin ki, ört-basdır etməyə çalışacaq.

Ona görə də komissiya yaradılmalı və Azərbaycanın xüsusi xidmət orqanları da bu komissiyanın tərkibinə daxil olmalı və cinayətin obyektiv araşdırılması üçün İrana getməlidir.

Bir vətəndaş olaraq bu siyasi terror aktını qətiyyətlə pisləyirik. İran dövləti dərhal üzr istəməli, şəhid edilənin ailəsinə və yaralananlara kompensasiya ödəməlidir.

Allahdan şəhidimiz rəhmət diləyir, ailəsinə, qohumlarına və elə xalqımıza başsağlığı veririk.

Allah şeytana lənət eləsin!

# 2250 dəfə oxunub

Oxşar xəbərlər

Peyğəmbərlik nədir?

Peyğəmbərlik nədir?

15:00 7 yanvar 2025
"Qəzada ölənlərdən biri danışdı"

"Qəzada ölənlərdən biri danışdı"

13:15 26 dekabr 2024
Geylər niyə sürətlə çoxalır?

Geylər niyə sürətlə çoxalır?

12:16 23 dekabr 2024
Seriallarımızda ağsaqqallıq eləyənlər

Seriallarımızda ağsaqqallıq eləyənlər

12:19 19 dekabr 2024
“Sənə demişəm axı, heç bir qızı layk eləmə!”

“Sənə demişəm axı, heç bir qızı layk eləmə!”

15:00 16 dekabr 2024
Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
# # #