Bu qurum ləğv edilməlidir

Mirzə Alik, yazar

Mirzə Alik, yazar

27 iyul 2022
# 10:09

Kulis.az Allahverdi Həsənovun “AMEA” yazısını təqdim edir.

Son günlərdə AMEA yenidən Azərbaycan mətbuatının gündəmi olub. Hər kəs buranı daha yaxşı fəaliyyət göstərməməkdə günahlandırır. Lakin bəndəniz bu mövzuya tamam başqa aspektdən baxır. Mənim fikrimcə, AMEA ümumiyyətlə ləğv edilməlidir. Özümə görə ciddi səbəblərim var, bu səbəbləri də özümlə gora aparmayacam, dəyərli oxucularla bölüşəcəm.

İlk növbədə onu qeyd edim ki, qurumun adında olan milli sözü bişmiş toyuğu da güldürmə gücünə malik olan bir sözdür. Elmin də millisi və anti-millisi olur? Məsələn, burada olan alimlər, daha doğrusu Nikolayı taxtda, Şah Abbası qundaqda görmüş ağsaqqallar ağbirçəklər nə edirlər? Nyutonun, Mendeleyevin, Teslanın türk olmasını araşdırır və sübut edirlər. Yəni qurum başdan ölü doğulmuş uşaqdır, ad seçimi kifayət qədər uğursuz və gülüncdür.

Gələk bu milli qurumun bu günə qədər etdiklərinə. Orada bir çox gənc, potensiallı, vətənpərvər dostum işləyirdi. Onu da qeyd edim ki, bu gənc, enerjili insanlar heç də mənfəəti özünə hədəf qoymuş insanlar deyildi, hər biri öz sahəsində Azərbaycan elminə fayda verməyi özünə hədəf seçmişdi, lakin zamanla bu gənclər bir-bir öz işlərindən uzaqlaşdırıldı, vəzifədən uzaqlaşdırılmayanlar isə hər cür vasitə ilə həvəsdən salındı. Əvəzində isə milli-mənəvi dəyərləri qoruyan ağsaqqal-ağbirçək alimlər öz gəlinlərini, kürəkənlərini, qohumlarını vəzifələrə gətirdi. Müasir qlobal elmi tendesiyalarla ayaqlaşmaq əvəzinə albanlar türkdür, dolma bizimdir, fransızlar ermənidir, ermənilər fransızdır kimi içiboş arqumentlərlə dolu söhbətlər ətrafında baş sındırdılar. Seymur Baycan oranın tərifini çox gözəl vermişdi:

“Orada ancaq yaxşı kiftə-bozbaş bişirirlər”

Həqiqətən də oradan halva, kiftə-bozbaş, pomidor-xiyar, pendir qısası yas iyi gəlir. Minimum yaş həddini 75 edəndə bu iyin gəlməsi ilə də barışmaq lazım idi.

Bəs nəticədə nə oldu? Azərbaycan elmini ağsaqqal-ağbirçək mədəni diktaturası ilə, mərmərlər, yeməkxanalar, çayxanalar ilə sərhədlədilər. Azərbaycan elmi albanlar türkdür, dolma, səməni, tütək, sarı gəlin, Koroğlunun eşmə bığları, Həcərin qeyrəti söhbətlərini keçə bilmədi, bu erotik folklor girdabında boğludu. Minlərlə, on minlərlə gənc beyin köçü ilə qərbi Avropa, Kanada, Amerika labaratoriyalarında, Silikon Vadisində yaratmağa, çalışmağa başladı. Özünüz tərəzinin bir gözünə yas iyi verən AMEA-nı, bir gözünə də elmi yaradıcılıqla məşğul olan insan üçün bütün resursların təmin edildiyi, akademik azadlığın olduğu Silikon Vadisini qoyun. Bəli, böyük bir yeməkxana ilə elm ocağı çox fərqlidir, gənclərə də ikinci seçim daha cazibədar görsəndi. Bu səbəbdən Amerikada, Kanadada uğur qazanan hər bir gənc Azərbaycan elmi üçün utancdır, bu uğur bataqlıqdan xilas olmuş fərdin məhz fərdi uğurudur və dünyaya hakim olan qərb elminin.

Bu səbəbdən bir daha düşünməliyik, bu böyük yeməkxanaya ən vicdanlı, dürüst insanı da rəhbər qoysaq, yenə nəsə dəyişməyəcək, bir neçə ağsaqqalın təqaüddən əlavə iş yeri olan AMEA bağlanmalı, gənc alimlərə akademik azadlıqlar verilməlidir, yaxşı düşünək, nəticə çıxaraq.

# 3132 dəfə oxunub

Oxşar xəbərlər

Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
#
#
# # #