Anarın hekayəsi hər şeyi göstərdi

Ayxan Ayvaz, yazar

Ayxan Ayvaz, yazar

25 noyabr 2021
# 11:05

Hamıya yazığım gəlir, hamıya. Ən çox da özümə.

Özümə baxıram və deyirəm: Hanı sənin istedadın, intellektin?

Guya rayona getmişdin ki, aləmi qatacaqsan bir-birinə, elə bir şey yazacaqdın, hamı hayıl-mayıl olacaqdı.

Rayona səfərimdən sonra çox adam qayıdanda Tolstoy olacağımı düşünürdü.

Mən heç adicə Serqey Dovlatov ola bilmədim.

Təbii ki, bunun obyektiv və subyektiv tərəfləri var.

Obyektiv tərəfi çoxdur.

Nəşriyyat yox səviyyəsindədir.

Müəllif kitabına görə qonorar ala bilmir.

Hardasa işləmək və evə bir tikə çörək qazanmaq məcburiyyətindədir.

Subyektiv tərəfləri də çoxdur.

Şəxsi qayğılar.

Ailə.

Maddi problemlər.

Özünü zibilə saldığın bəs deyilmiş kimi başqa birini də bu zibilin içinə ortaq eləmək də ayrı dərddir.

Hardan, hansı tərəfdən söhbətə girəcəyimi də bilmirəm.

Evə gedə-gedə düşünürəm. Axırımız necə olacaq?

Seymur Baycanı düşünürəm. Deyirəm, getdi, çəkildi hücrəsinə. Nə oldu? İndiki gənclərə bir yol göstərən, onları AYB-dən xilas edən biri yoxdur.

Ya Rasim Qaraca? O da əvvəlki kimi sinəsini qabağa verib gəncliyi harasa aparmaq istəmir.

Əli Əkbər, Günel xaricə getdilər. Nə oldu axırı?

Böyük bir boşluq.

Heç nə yoxdur ortada.

İrəli çıxan və nəsə yaratmaq istəyən gənclik də yoxdur.

Onları da qınamıram.

Baxdılar ki, ondan əvvəlkilər çıxıb getdi, davadan çəkildilər, özlərinin də bu aqibəti yaşayacağını düşünüb sakitcə gözləməyi seçdilər.

Ədəbi qovğa yoxdur. Dava olmayanda da tək əldən də səs çıxmır.

Əsərlər yazılır. Ancaq həm də yazılmır. Bu əsərləri kim təqdim edəcək? Tutaq ki, gənc, perspektivli birini görürsən. Yazığın gəlir ona. Deyirsən, ay Allah, bu da mənim yaşadıqlarımı yaşayacaq? Onun qarşıda yaşayacaqlarını düşünüb əzab çəkirsən.

Dövr əsər yazmaq dövrüdür. Tamam. Bəs necə edək? Nə edək?

Yazırsan, yazdığını heçə alan yox. Səs-soraq yaratmır. Müəllifə qonorar vermirlər. Eləcə hərdən-hərdən yadına düşür ki, nəsə yazmalısan. Durub yazmaq istəyirsən, ərincəkliyin tutur. Bir də deyirsən ki, onsuz nəyə lazımdı bu?

Neçə ildir Anara qarşı vuruşduq, vuruşdular. Nə xeyri oldu? Anar dağ kimi orda oturub və hələ də aktuallığını itirməyib. Sonuncu hekayəsi də hər şeyi göstərdi. Fakt faktdır, onu danmaq olmaz.

Bəs biz?

Bizim axırımız nə olacaq?

Yazmağa da qorxuram...


# 3598 dəfə oxunub

Oxşar xəbərlər

Tənqid darıxan insanın ucuz əyləncəsidir

Tənqid darıxan insanın ucuz əyləncəsidir

12:00 19 aprel 2025
Hardadır o nazirliklər, birliklər, ittifaqlar?

Hardadır o nazirliklər, birliklər, ittifaqlar?

21:00 14 aprel 2025
"Cəmiyyətdə  danabaşlaşma halları çoxalmağa başlayıb"

"Cəmiyyətdə danabaşlaşma halları çoxalmağa başlayıb"

18:15 9 aprel 2025
Allah o qədər bikar deyil

Allah o qədər bikar deyil

17:00 7 aprel 2025
Mehriban Ələkbərzadə nə edib?

Mehriban Ələkbərzadə nə edib?

15:00 7 aprel 2025
Dövrümüzün Mirzə Cəlili Elgiz Əkbər

Dövrümüzün Mirzə Cəlili Elgiz Əkbər

12:00 7 aprel 2025
#
#
# # #