Adamın mahiyyəti vəzifədən çıxanda bəlli olur

Rəşad Məcid, AYB katibi, şair, "525-ci qəzet"in baş redaktoru

Rəşad Məcid, AYB katibi, şair, "525-ci qəzet"in baş redaktoru

6 aprel 2022
# 15:40

Kulis.az Rəşad Məcidin “Qələmsiz yazılanlar” – status-esselərini təqdim edir.

Siz heç şəhərinizin o başından bu başına piyada gəldinizmi?..

***

İndi insanları tanımaq xeyli yüngülləşib; kim hansı yuvanın quşudur, kim kimin dəyirmanına su tökür... – hamısı sosial şəbəkələrdə açıq-aydın görünür.

***

Bu uzun tədbirdən yadımda qalan dəhşətli darıxmaq hissi oldu. Sağolsun yenə telefon...

***

Özünə həkk gələn adamlar var.

***

Yaz olun!

***

Bayram günü havanın belə soyuq keçməsi evlərdə istilik, mehribançılıq yaradır.

***

Bir adama məxsus olmanın xoşbəxtliyi...

***

Yaddan çıxanlar oldumu?

***

İşartısından bilinir ki, yaz Günəşi deyil.

***

Yaşamalı dövr keçmişdə qaldı.

***

Ukrayna xalqının bu günə düşməsində kimləri günahkar sayırsız? Putindən savayı...

***

Qar əriyir, deyəsən...

***

Mətləbi uzatdınsa, oxuyan olmayacaq.

***

Bəşər təkamülə meyllidir.

Amma hərdən geriyə də gedir.

***

Mən indi heç nəyə təəccüblənmirəm.

***

İpək çimdikləməyə "çimləmək" deyir.

***

Ağıllı təhlil və soyuqqanlı münasibət rəğbət doğurur.

***

Sabah da "mövqelərin və dislokasiya yerlərinin dəqiqləşdirilməsi" başqa istiqamətlərdə aparılmalıdır: Məsələn, Gülablıdan Qarakənd istiqamətində, Tərtərdən Ağdərə istiqamətində və s.

***

Rusiya Müdafiə Nazirliyində erməni çox olar.

***

"Kəndin adı Furux deyil, Fərruxdur"

Müdafiə Nazirliyimiz təkcə əməldə deyil, sözdə də qətiyyətini göstərir: "Azərbaycan Müdafiə Nazirliyi Rusiya Federasiyası Müdafiə Nazirliyini üçtərəfli bəyanatın müddəalarına uyğun olaraq Ermənistan ordusunun qalıqlarının və qanunsuz erməni silahlı dəstələrinin Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış ərazilərindən tam olaraq çıxarılmasını təmin etməyi, Azərbaycan silahlı qüvvələrinin ölkəmizin suveren əraziləri daxilində hərəkətini təhrif edilmiş formada qələmə verməməyi, "Dağlıq Qarabağ" ifadəsi işlətməməyi və Azərbaycanın ərazilərinin adını düzgün olaraq göstərməyi xahiş edir".

***

İndi dünya ən dramatik teatr səhnəsidir; teatr günü olsa da, lap pulsuz olsa da, teatra çətin gedən tapıla...

***

İstəyirsən qazın gəlsin, evin isti olsun, qaz kəməri keçən yüksəkliklərdən gözünü çəkməlisən.

***

Deyir, Novruz günləri gördüyümüz ancaq qar oldu.

***

Təqdimatında iştirak və çıxış etdiyim "Doktor Bəhruz Səfərəliyev" kitabı böyük zövqlə hazırlanıb. Əməkdar jurnalist Hikmət Cəmiloğlu Qarabağın məşhur Səfərəliyevlər nəsli və bu nəslin tanınmış nümayəndəsi Bəhruz həkimin fəaliyyətini əhatə edən kitabı peşəkarlıq nümunəsidir.

Dərin mənası, fəlsəfəsi var. Nəslin davamçılarında zaman-zaman böyük minnətdarlıq duyğusu yaradacaq mükəmməl mənbə və məxəzdir.

***

Ömür elə Feysbukda görünənlərdir.

***

İl kimi görünən 9 gün...

***

Teatra maskayla baxmaq...

***

Ermənistan Təhlükəsizlik Şurasının Azərbaycanla sülh müqaviləsi barədə danışıqların təcili başlanması məsələsini müzakirə etməsi indiyədək rast gəlinməmiş mühüm hadisədir. Görünür, ordumuzun mövqelərin dəqiqləşdirilməsi istiqamətində atdığı təmkinli addımlar düşməni ciddi narahat edib. Səsgücləndiricilərdən yayılan müraciətlər də əsəb müharibəsinin davamıdır və nəticələri görünməkdədir.

Siyasət həm də incə sənətdir!..

***

Deyir, Fransa irəliyə doğru hərəkət edən qüvvələri əvvəlki mövqelərinə qayıtmağa çağırır. Əvvəlki mövqelərimizə qayıdacağıq. 100 il əvvəlki...

***

Ən gözəl mövqe məsafəli, sakit müşahidəçilikdir.

***

Yeni dəlidir yəqin - Delyagin!

Yeri boş qalmağa qoymazlar.

***

Rusiyada rabitə, informasiya texnologiyaları və kütləvi kommunikasiyalar sahəsinə nəzarət edən dövlət qurumu - "Roskomnadzor" neçə gündür bu ölkə ərazisində Azərbaycanın bir neçə rusdilli saytının yayımını bloklayıb. Aydın görünür ki, Azərbaycanın kütləvi informasiya vasitələrinin Rusiya-Ukrayna müharibəsində tutduğu bitərəf və obyektiv mövqe, Ukrayna ilə bağlı reallığı əks etdirən yayımlar qarşı tərəfdə qıcıq yaradır. Həm də bu məhdudiyyəti o ölkə qoyur ki, həmin ölkənin əksər kütləvi informasiya vasitələri, o cümlədən, Rusiya dövlətinin əsas təbliğat ruporu sayılan telekanallar uzun illərdir, Azərbaycan əleyhinə sistemli qara kampaniya aparıb, şər-böhtan püskürüb və bu vərdişindən indinin özündə də əl çəkmir. Bu mövqeyi biz Qarabağ məsələsinə yanaşmada da, 44 günlük Vətən müharibəsi günlərində də dəfələrlə görmüşük və son günlər Qarabağda – Rusiya sülhməramlılarının məsuliyyət zonasında separatçıların törətdikləri təxribatlara Azərbaycan tərəfinin cavab tədbirlərinə münasibətdə bir daha görürük. Amma Azərbaycan tərəfi bircə dəfə də olsun həmin media qurumlarının ölkəmizdə fəaliyyətini məhdudlaşdıracaq hansısa addım atmayıb. Onların tutduqları birtərəfli mövqeyə etiraz xarakterli müraciətlər isə, haqq-ədalət, medianın bəşəri prinsipi olan peşəkar yanaşma bir yana, dərin tarixi ənənələrə söykənən Rusiya-Azərbaycan əlaqələri belə nəzərə alınmadan, həmişə birmənalı şəkildə qulaqardına vurulub. İndi isə həmin ölkənin müvafiq qurumları obyektiv, qərəzsiz və tərəfsiz mövqeyinə görə Azərbaycanda fəaliyyət göstərən bir neçə media orqanına məhdudiyyət qoymaqla söz azadlığına dözümsüzlük nümayiş etdirir.

Əslində, elə "Roskomnadzor" sözünün tələffüzü situasiya ilə bağlı müəyyən təsəvvür yaradır. Səslənişi bolşevik ab-havası gətirən bir qurumun böyük-böyük şəhərlərin viran qalmasına, minlərlə insanın həyatına son qoyan müharibəyə biganə yanaşan başbilənlərindən və icraçılarından söz azadlığına hörmət gözləmək, bəlkə də, sadəlövhlük olardı...

***

Robotlar zəmanəsi.

***

Tənqid təhqirə çevrilib, təkrar-təkrar çeynənirsə, bu, artıq qərəz və şərləmədir.

***

Bu gün aldadan, aldanan gözə dəymədi heç...

***

Adamın mahiyyəti vəzifədən çıxanda bəlli olur.

***

Faciə baş verir, bir qrup adam sevinir, çiçəkləri çırtlayır, coşurlar. Sanki sağa-sola, yuxarı-aşağı ittihamlar səpələməyə fürsət gözləyirmişlər.

Faciəyə sevinən insan xislətinin mahiyyəti maraqlıdır. Nədir onları belə qəddar edən, insanlıqdan çıxaran? Cahillik, xılt, kin-küdurət, yanlış ideologiyanın təsirləri? Nə?

Faciəyə kədərlənmək, uğura sevinmək... – qısası İnsan olmaq belə çətindir?

***

4 il öncə Tiflisdə M.F.Axundzadə muzeyində, böyük dramaturqun yazı masasında maketiyl yanaşı şəkil çəkdirmişdim. Xaricdə yaşayan dostum yazır ki, arxada oturan Qulu Məhərrəmlidir?

O, Mirzə Fətəlini yaxşı tanıyır, zarafatyana soruşur. Amma təəssüf ki, bu gün millətimizin qürur mənbəyi, onu formalaşdıran böyük mütəfəkkir və dahi sənətkarı tanımayanlar, bəyənməyənlər çoxdur...

Gülümsədim və diqqətlə baxdım.

Professorla Mirzə Fətəli arasında zahiri və mənəvi oxşarlıqlar tapmaq istədim.

Siz tapdınızmı?..

***

"Putin böyük siyasətçidir!" - Qəfildən və birmənalı dedi.

Təəccüblə ona dikilib izah gözləyən gözlərdən yayınıb mövzunu dəyişdi./525.az/

# 2753 dəfə oxunub

Oxşar xəbərlər

Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
# # #