Xankəndidə hürən itlər

Xankəndidə hürən itlər
7 oktyabr 2020
# 12:32

Azad olunan torpaqlardan yayılan ilk görüntülərə həsrətlə baxırıq...

Düzdür, bir milyon vətəndaşım kimi uşaqlığım, gəncliyim o yerlərdə keçməyib, amma mən torpağın kimə məxsus olduğunu ağacının duruşundan, suyunun axışından, quşunun səsindən, günəbaxanının baxışından hiss eləyirəm.

O torpaqlara baxanda bir daha əmin oldum ki, ermənilər özləri də bilir ki, bu yerlər onlara məxsus deyil. Əks halda 30 ildir əllərində olan torpaqlarda nəsə eləməyə çalışardılar.

Ağdam şəhərinə baxanda adamın sümüyü sızlayır, yıxıq-sökük divarlar, kol-kosun cəngəlliyə çevirdiyi bir xarabazar...

Yəqin gecələr Ağdamda bayquş səsi qan dondurur.

“Torpaq uğrunda ölən varsa, vətəndir”, deyir Məmməd Akif. Düzdür. O da var ki, torpaq üstündə yaşayan varsa, torpaqdır. Siz oraları xaraba qoymaqla yerdən torpaq adını aldınız, o üzdən ora vətəninizə çevrilə bilməzdi.

Sevmirdinizsə, niyə işğal edirdiniz? Adam yalnız sevdiyi uğrunda ölümə gedər. Axı bu torpaqlar sizin nəyinizə lazım idi? 30 ildə bir qarğıdalı, bir günəbaxan əkmədiniz o torpaqlara. Bir sərçə sığınmağa bir bağça tapmadı oralarda.

Eləcə də Cəbrayıldan yayılan görüntülər... Kəndlər tamam xarabazar... Harada qapalı bir yer varsa, ora da silah-sursat anbarı...

Silahmı əkirsiz orda?

Axı o yerlərdə biz yaşayanda ağac, meyvə, tərəvəz əlindən tərpənmək olmurdu. Siz də ağaclarımızın kölgəsindən pay alırdınız. Ora bizim ən səfalı diyarımızdır. Ay məlunlar, niyə qurutdunuz torpaqlarımızı? Eləmi almışdınız bizdən?

O torpaqları hiss etmək, onunla çarpışmaq, altını üstünə çevirmək, tər əkib bar cücərtmək hər adamın işi deyil. O torpaqlar donuz nəfəsi götürmür. Qarabağ atlarının dırnağıyla daşdan torpağa çevrilən yerlər donuz burnuna dözməz. O torpaqları siz başa düşmədiniz, o torpaqlar sizdən yaşmandı, özünü sizə təslim etmədi...

Cəbrayılın Horovlu kəndindən uşaqlıqda məcbur çıxardığınız evlərini tapan mayor Camal Qənbərovun üzünü gördünüz? Bəs onun toxunduğu narı necə? O nar da mayorun üzündən fərqlənmirdi, hər ikisi sevinirdi, hər ikisi işıq saçırdı...

Siz başa düşməzsiniz belə şeyləri...

Ötən gün Xankəndidən yayılan videodan qulağıma it səsi dəydi. Bu səs son günlər mənin Qarabağdan eşitdiyim ilk təbiət səsi idi... O, tüstünün içində qərib-qərib hürürdü. Yəqin, bağlı idi. Nə olar, açın o iti, buraxın. Hara gedəcəyinə özü qərar versin.

# 5132 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
# # #