Məni utandırdı!

Məni utandırdı!
25 iyun 2020
# 10:01

Kulis.az tənqidçi, ədəbiyyatşünas, tərcüməçi, Azərbaycanın Macarıstandakı fövqəladə və səlahiyyətli səfiri Vilayət Quliyevin "150 il sağalmayan xəstəlik" adlı kiçik yazısını təqdim edir.

Yəqin ki, bir neçə aydan sonra koronavirus da keçib gedəcək. Amma bir mərəzimiz var ki, iki əsrə yaxındır əlacı tapılmır.

1922-ci ildə Bakıda olan Türkiyə Böyük Millət Məclisi hökumətinin naziri Dr. Riza Nur "Moskova-Sakarya hatıraları" kitabında soydaşlarımızın öz dilini bir kənara qoyub rusca danışmalarından bəhs edərək yazırdı:

"Gördüm ki, Azerilerden yukarı tabaka, tahsil görmüşler o hale gelmişler ki, kendi aralarında dahi rusca monoloq söylüyorlar. Anlaşılıyor ki, rusca kendilerine ana dilleri olan Türkceden daha kolay geliyor. Demek, rus çar idaresi və onun ruslaştırma siyaseti daha elli yıl davam etseymiş Kafkasyada da türk kalmayacakmış"...

İndi 30 ilə yaxındır ki, rus idarəçiliyi yoxdur. Amma insanlarımızın bir qismi heç bir təzyiq olmadan da çox həvəslə, könüllü şəkildə ruslaşmaqda davam edirlər. Ən pisi isə budur ki, indi "aşağı təbəqə" də bu məsələdə "yuxarı təbəqədən" heç geri qalmır.

Bir xatirə: 2002-ci ildə Türkiyənin ozamankı xarici işlər naziri, çox ziyalı və aristokrat bir insan olan İsmayıl Cemlə birlikdə Nyu-Yorkdan, BMT Baş Assambleyasının sessiyasından qayıdırdıq. İstanbula qədər 11 saatlıq uçuşumuz vardı. Yol boyu çox məsələlərdən danışdıq. İstanbulda yollarımız ayrıldı - o, Ankaraya, mən Bakıya uçmalı idim. Sağollaşanda Cem əlimi əlində saxlayıb, əslində, məni utanmağa məcbur edən bir xahişini dilə gətirdi:

“Sayın bakanım, - dedi. - Lütfen, sefarət mensublarınıza söyleyin, kendi aralarında rusca konuşmasınlar. Bizimkiler "Belki aleyhimizde bir şeyler konuşuyorlar" - diye her zaman kuşkulanıyorlar".

P.S. Təbii ki, hər bir vətəndaşımızın xarici dilləri, o cümlədən də rus dilini bilməsinin atəşin tərəfdarıyam.

# 7081 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
# # #