Koronavirusu arzulayan azərbaycanlılıar

Koronavirusu arzulayan azərbaycanlılıar
25 fevral 2020
# 10:14

Ancaq toyda və yasda kütləvi həyəcan yaşayan, duyğu alış-verişində olan xalqlar üçün bu cür epidemiyaların, kütləvi faciələrin çox gizli, psixoloji bir özəlliyi var. Bu özəlliyi açmaq üçün gərək karnaval estetikasının sirrinə baş vuraq. Orta əsrlərdə insanlar uşaqlarının əlindən tutub edam səhnələrinə baxmağa gedirdilər, bu qəddar edamlar xalq üçün bir duyğu, həyəcan bayramı idi.

Qədim Babillilər ildə bir dəfə öz arvadlarına Anahit ananın məbədində kütləvi orgiyalarda iştirak etməyə icazə verirdilər. Yaxud öküzlərin onları öldürə biləcəyindən əmin ola-ola ispanlar hər il öküz festivalları keçirirlər. Boliviya xalqı Natitas bayramlarında qəbiristanlıqlara axışıb məzarları qazırlar hər ailə bir kəllə çıxarıb onu bəzəyib-düzəyir və küçələrdə xalqa göstərir. Perida ildə bir dəfə xalq küçələrə çıxıb bir-birilərini al qana qərq edənə qədər döyür, ölən ölür, sağ qalan səhəri gün gedib çak-çukunu eləyir.

Bu cür qorxunc, kütləvi həyəcan yarmarkalarına bir çox geridəqalmış xalqın, cəmiyyətin həyatında rast gəlmək olar. Modern cəmiyyətlər daha mədəni kütləvi tədbirlər keçirirlər.

Bizim cəmiyyətin koronavirus epidemiyasından, yaxud "qiyamət günü" dedi-qodularından özünə "həyəcan festivalı" təşkil etməsi başa düşüləndir. Çünki aylarla, bəzən illərlə canına yığılıb qalan həyəcanı, duyğunu harasa xərcləməlidir xalq. Nə qədər eyni adamlara eyni arağı eyni sağlığa içmək olar?

Kənd uşaqları bilir, müdriklik simvolu olan inək belə bəzən "səhər naxıra, axşam axura" bozluğundan bezir və həyətin ortasında 5-10 dəqiqəliyinə qəfildən özünü artistliyə vurub şitlik etməyə, şıllaq atıb toyuq-cücəylə zarafatlaşmağa başlayır.

Bəzən koronavirus kimi kütləvi fəlakətlər də bəzi xalqların kütləvi mutluluq, xoşbəxtlik duyğularının oyanmasına, coşmasına səbəb olur. "Elnən gələn dərd toy-bayramdır" fəlsəfəsi də kütləvi həyəcan yaşamağa tamarzı qalan bir toplumun nisgilidir.

Bu nisgil həyəcan yaşamaq istəyən xalqı məcbur edir ki, koronavirusun qabağına qaçsın, onun gəlişini yuxusuz gecələr hesabına və taxçadakı istifadə olunmamış maskalar, spirt şüşələri ilə gözləsin. Görəcəksiniz, bu virusdan Azərbaycanda ölən olmasa (təki olmasın) nə qədər insan ondan inciyəcək, küsəcək, əsəbiləşib spirt şüşəsini divara vuracaq, mənim "yalqızların yatağı" şerimi oxuyacaq, növbəti viruslara inamını itirəcək. Virus adı gələndə ah çəkib nakam aşiq kimi ümidsizliyə qapılacaq.

Əhalimizin xaricdən gələn sarsaq bir müğənniyə cumması ilə xaricdən gələn axmaq bir viruslara cumması arasında heç bir fərq yoxdur. Ona canına yığılmış və onu incidən həyəcanı, duyğunu xərcləyib özünü rahat, xoşbəxt hiss etməsi üçün bir partnyor lazımdır. Qoy lap virus olsun!

# 5391 dəfə oxunub

Oxşar xəbərlər

Rus təkcə içki düşkünü deyil, həm də cəza düşkünüdür

Rus təkcə içki düşkünü deyil, həm də cəza düşkünüdür

18:38 14 fevral 2025
Vəziyyət o qədər pisdir ki,  Elxan Elatlı da kirayədə yaşayır

Vəziyyət o qədər pisdir ki, Elxan Elatlı da kirayədə yaşayır

14:25 14 fevral 2025
Niyə evtanaziya əcəldən daha yaxşıdır?

Niyə evtanaziya əcəldən daha yaxşıdır?

17:00 11 fevral 2025
Vətənə, millətə xəyanət, uşaq istismarı

Vətənə, millətə xəyanət, uşaq istismarı

12:00 23 yanvar 2025
Sənət Allah üçündür

Sənət Allah üçündür

09:00 22 yanvar 2025
Peyğəmbərlik nədir?

Peyğəmbərlik nədir?

15:00 7 yanvar 2025
# # #