Feysbuk faciəsi

Feysbuk faciəsi
5 oktyabr 2021
# 11:10

Dünən bəzi sosial şəbəkələrdə problem yarandı.

Düzü, aktiv feysbuk istifadəçisi olsam da, məsələdən səhər işə gələndə xəbər tutdum, çünki dünən gecə bir dostumla həyatın içində idik.

Özümüzdən başqa nəyəsə, kiməsə ehtiyacımız olmadığından telefonlarımızı söndürüb bir qırağa qoymuşduq.

Düşünürəm ki, təfərrüatlara girməsəm də olar.

Amma görürəm, insanlar bunu əməlli-başlı problemə çeviribmiş. Bütün gecəni feysbuk səhifəsini, mesenceri yeniləyib hər şeyin qaydasına düşməyini gözləyənlər olub.

İnsanlar əməllicə narahat olub biri-birinə zəng edirmiş ki, nə olub bu feysbuka, vatsapa niyə girmək olmur?!

Ah, nə böyük faciə!

Bir daha əmin oldum ki, 21-ci əsrin insanları artıq tamamilə elektronlaşmaqdadır.

Bunca asılılıqlar, zərərli vərdişlər arasında bir də İnternet bəlası canımıza darış gəlib. Xüsusən, sosial şəbəkələrin iti caynaqları – feysbuklar, vatsaplar, instaqramlar, tik-toklar, “rəngbərəng” saytlar, boğazımızdan yapışıb, buraxmır.

Artıq vay-fay olmayan yerlərdə havamız çatmır, meqabaytımız bitəndə isə boğuluruq. Bu da virusun bir başqa növüdür yəqin, hələ fərqində deyilik.

Bu virusa qarşı ən yaxşı mübarizə isə düşüncə immunitetimizi, intellektimizi artırmaqdır.

Mənim klaviatura, monitor arxasında əyləşib yazdığım bu yazıda sizə “kitab oxuyun!”, “mütaliə edin!” məzmununda cümlələr səpələmək fikrim yoxdur.

Həyat öz həyatınızdır!

Onu istədiyiniz kimi yaşamaq seçimi də sizin əlinizdədir.

Amma sosial şəbəkələrə bu qədər aludə olmağımızın məni narahat etdiyini deməyə bilmirəm.

Telefonu söndürüb həyatınızı yaşamağı öyrənin.

Ən azından, heçmi gecəni bərabər keçirə biləcəyiniz gözəl bir dostunuz yoxdur?

# 5155 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
# # #