Dünyamızı dəyişən koronavirus testi

Dünyamızı dəyişən koronavirus testi
7 aprel 2020
# 17:44

Bu günlərdə bütün proseslərin fonunda koronavirus qorxusu durur – qanadlarını faciəvi tamaşaya açılacaq teatr pərdəsi kimi gərən o yarasa. Nə danışsaq, nə yazsaq, fonumuz qaradır.

Məsləhət verirlər ki, təxirə saldığınız işləri görün, ertələdiyiniz planları həyata keçirin. Amma heç kim dərk etmək istəmir ki, mən o planı quranda, o işi ertələyəndə koronavirus adlı zəhrimarın adını da eşitməmişdim. İndi özümü aktyorluğa qoyub ayrı mövzuda yaza bilmirəm.

Koronavirus xəbərlərinin sayı artdıqca, karantin və sosial izolyasiya tədbirləri gücləndikcə əksər sahələr onlayn rejimə keçdi. Müəyyən axsamalar olsa da, hələ ki, onlayn fəaliyyətdən şikayət yoxdur.

Öncə mədəniyyət tədbirləri təxirə salındı. Teatrlar, festivallar virtual rejimə keçdi. Az əvvəl açıqlandı ki, Avroviziya mahnı müsabiqəsi də onlayn rejimdə keçiriləcək.

Bu arada acınacaqlı tendensiyanı unutmayaq; bütün fəlakətlərin anonsu verildikdə ilk təxirə salınan, maliyyə böhranlarında ilk imtina edilən tədbirlər mədəniyyət layihələridir. Təhlükə qasırğası başlamadan əvvəl ilk yelin yerlə yeksan etdiyi zərif bir sahə... Amma bu tendensiyanın yanlış olduğunu anlamaq üçün bir insan ömrü yetərli deyil deyə, nəticə ertələnir, mədəniyyət davamiyyətini itirir. Bəlkə də bu ilahi ədalətdir, çünki mədəniyyət qərinələrin siyasətini cızdığından indiki böhran onillər əvvəlki mədəniyyətin səhvidir, ona görə də ilk zərbəni elə səbəbkar alır).

Karantindən sonra onlayn işlərin ayaq tutması, yeriməsi onsuz da elektronlaşan dünyanın ayağının altına daş qoydu. Təbiətə monitorda baxan müasir adam koronovirusadan sonra kreslosunda bir az da möhkəmləndi.

Bu günə qədər, heç olmasa, telefon qurdalayanda, televizorun qarşısını kəsdirəndə içimizdə bir günah hissi də olurdu. Çölə çıxmamaq, fiziki işlə məşğul olmamağın təqsiri içimizi sızladırdı. Karantin bu hisslərin üstündən xətt çəkərək dünyanın elektronlaşmasını leqallaşdırdı.

Qonaq getməkdən, qohumları ziyarətdən, üz-üzə görüşlərdən qaçan dünya adamı durumuna don geyindirmək üçün əvəzsiz fürsət buldu.

Kolasını, “fast food”unu qabağına düzüb kompüter qarşısında hər gün bir buğda boyda eninə böyüyən adamların sayı artacaq.

Dünyamız asta-asta monitorlara köçür. Sual oluna bilər? Buna bizi kimsə məcbur etmirsə, öz qərarımızla bu addımı atırıqsa, prosesin nəyi pisdir?

Düzdür, bu işdə məcbur etmək yoxdur, amma məcbur qalmaq var. Məhdudiyyətlər hər kəsi asta-asta dünyadan ayırır, elektron dünyaya aparır. Çünki bu dünyanın, təbiətin sahibi bəlli deyil, elektron dünyanın isə sahibləri bəllidir. Dünyanın sahibi olmaq istəyi də insan oğluna qədimdən yardır. Bu istək bir gün reallaşmalı idi və o an da yavaşca yaxınlaşmaqdadır. Koronavirus isə bu yaxınlaşmanı sürətləndirdi. Karantində təhsil, mədəniyyət tədbirləri, KİV, sosial xidmətlər, ictimai çıxışlar və və s. hər şeyin elektron aləmə adaptasiyası testdən çıxdı. Sən demə, biz çölə çıxmadan da yaşaya bilərmişik.

Nə olsun ki bahardı?

Hər pəncərənin əvəzinə bir monitor yerləşdir, “pəncərə”ndə bu səhər qaratoyuq oxusun, sabah tutuquşu. Amma unutma, dünyanın adı dünyadır, elektron dünyanın adı “network” – tor.

# 3085 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
# # #