Azərbaycanın yeni döyüş taktikası: "Smart müharibə"

Azərbaycanın yeni döyüş taktikası: "Smart müharibə"
2 oktyabr 2020
# 13:30

Kulis.az Həmid Herisçinin "Smart müharibə" adlı tazısını təqdim edir.

Gözlərimiz qarşısında, bir növ canlı rejimdə, biz, yeni müharibə relslərinə - elektron müharibə standartlarına keçərək, qarşı tərəfi şahmat oyunundakı kimi "pat" vəziyyətində qoyduq.

Nəticədə cəbhədəki "sukvanq" (yəni qarşılıqlı sükut, hərəkətsizlik) vəziyyəti anında dəyişdi.

Hər ordu, razılaşın, bunu edə bilməz. Biz bunu bacardıq. Postsovet məkanında ilk dəfə yeni müharibə modeli ilə qarşı tərəfi ilk növbədə çaşdırdıq. Kəşfiyyatımızın düşmənə "dezo" ötürməyi də öz ciddi rolunu oynadı.

Biz indi, Qarabağın hava ərazisini azad etdik. Yəni, yuxarıda bizik, aşağıda isə tam müdafiəsiz düşmən.
Hərb salnamələrinə qızıl həriflərlə yazılacaq bu əməliyyatın nəticələri, müasir dünya hərbi analitikləri tərəfindən hələ çox öyrəniləcək.

Belələliklə, samart müharibədə uğurlar göz qabağındadır. Düşmənlə birbaşa təmas, döyüşlər bu modeldə yoxdu. Burda, məsafədən müharibə gedir. Yeni model, düşmənin ancaq hərbi nöqtələrinə ünvanlıdır. Nəticədə dinc erməni əhalisi, erməni əsilli vətəndaşlarımız Qarabağda təhlükəyə məruz qalmır. Jenevə konvensiyası pozulmur. Bu, çox vacibdi. Yəni bu model, həm də humanist məzmunludur. Artıq qan istəmir.

Yəni, 1990-cı illər hərb taktikası artıq arxivlərdədir. Meydanda, tam yeni döyüş taktikasıdır.

Bu yeni standardı qavramış, öyrənmiş əskər, zabitlərimizə uğurlar arzu edirəm.

Qarşı tərəf, həqiqətən çox ciddi itkilərə məruz qalıb. Artıq, döyüş meydanında görünə bilmir.

Digər detalları indi özünüz anlayın.

# 6634 dəfə oxunub

Oxşar xəbərlər

Vətənə, millətə xəyanət, uşaq istismarı

Vətənə, millətə xəyanət, uşaq istismarı

12:00 23 yanvar 2025
Sənət Allah üçündür

Sənət Allah üçündür

09:00 22 yanvar 2025
Peyğəmbərlik nədir?

Peyğəmbərlik nədir?

15:00 7 yanvar 2025
Jurnalistləri və saytları söyən adamlar

Jurnalistləri və saytları söyən adamlar

14:14 6 yanvar 2025
"Qəzada ölənlərdən biri danışdı"

"Qəzada ölənlərdən biri danışdı"

13:15 26 dekabr 2024
Geylər niyə sürətlə çoxalır?

Geylər niyə sürətlə çoxalır?

12:16 23 dekabr 2024
#
#
# # #