Azğın kişilərlə inboks yazışmalarını paylaşan qızlar

Azğın kişilərlə inboks yazışmalarını paylaşan qızlar
22 yanvar 2020
# 14:28

Bir dəfə “Facebook”da gözəl-göyçək qız şəkli gördüm. Onda yeniyetməliyimin coşqun vaxtları idi. Qız deyirəm e sizə, profili bağçaydı, klassik şairlər demiş, gül bülbülü, bülbül gülü çağırırdı.

Tez ona dilimdən düşməyən sevgi nəğməli mesajlar yazdım. Gözümü monitora zilləyib cavabını gözlərkən, bir də nə görsəm yaxşıdı?! Xanım qızımız ona yazdığım mesajları “skrın” edib statuslarında paylaşır, məni yanıq, azğın, manyak kimi təqdim edir.

Profilindən süzülən məsum baxışlı mələk portreti bir anın içində gözlərimdə çilik-çilik oldu. Sən demə, gözəl qızın içində yatan bədheybət oynanmışdı və bu bədheybət ətrafa üfunət, iyrənc görüntü yayırdı...

Bu hadisəni niyə danışdım? Ona görə ki, günün bu günündə az qala ölümsüzlüyü tapmaqda olan dünyamızda bizim əksər qızlar sütül oğlanların ehtiraslı mesajlarını yaymaqda davam edirlər.

Bu cür qızları anlamaqda çətinlik çəkirəm. Əlbəttə, sənə bir oğlan yazacaq, sevgisini, ehtirasını göstərəcək. Bəs neyləsin? Küçədə yaxınlaşsa, adına min cür yozum verəcəksiniz, telefonla zəng eləsə qara siyahıya alacaqsınız. Sonra da deyirlər, niyə kişilər homoseksuallaşır, transseksual olur. Olacaq da, hormonal pozğunluqlar yaşayırlar.

Gallery

Əslində gənc xanımlar özlərini bu şəkildə ifadə etməklə bir növ qorunma həlqəsi qururlar ətraflarında. Hələ bu həlqənin ən dəhşətlisini quran yaşlı qadınlar da var. Yaşlanmış qadınlar bu cür natamamlıq kompleksindən əziyyət çəkirlər.

Mən demirəm ki, kişilər, aydan arı, sudan durudu. Azğınlaşan cəmiyyətdə onların aclıqları da dəhşətlidir. Evli, sevgilisi, nişanlısı olana baxmadan, əlləri qasıqlarında ağızlarına gələni yazırlar. Əslində bunlar cinsiyyət orqanı ilə düşünən beyinlərdən ibarətdirlər. Bu tipləri qurşaqdan aşağı söhbətlər, temalar maraqlandırır. Bu barədə çox yazmışıq, yazacağıq da.

Qayıdaq qadınların şəxsi mesajları cəmiyyətə təqdim etmələrinə.

Nəyə görə bir insanı biabır edəsən?!

Niyə şəxsi, özəl sözləri “public” edəsən?!

Bu nə dayaz, dar düşüncəlilikdir?!

Guya hər gün hörmətli kişilərimizin bu cür yazdığını bilmirik? Bizə nəyi göstərməyə çalışırsınız ki?

Möhtərəm Mark cənabları da bu tip adamlardan qorunmaq yollarını sizə göstərib. Gördün dayanmadan yazır, narahat olursan, feysbukun sadə bir funksiyası var, blok elə, vəssalam.

Qadın qəsdən bunu etmir. O da özünə inanmır, güvənmir. Bilirsiniz niyə, çünki qadını həmişə cəmiyyətin fikirləri maraqlandırıb. Qoy deməsinlər, filankəs diqqətdən kənarda qaldı, qoy deməsinlər ki, bu nə çirkin qadındır, buna heç kim yazmır. Məsələn, dostluğumdakı bir qadın mesaj bölməmə yazmışdı ki, “aylardır dostluğumdasınız, bir dəfə də olsun mənə yazmamısınız, sizi dostluğumdan kənarlaşdırıram”.

Problem nə qadınlarda, nə də kişilərdədir. Əslində hər şey sadədən də sadədir. Günah, bizi qapalı, mənasız mentalitetlə, dəxlisiz adətlərlə böyüdən cəmiyyətdədir. Bu gün cinayətlərin, boşanmaların 90 faizinin alt qatında seksual aclıq yatır. Nə deyək, bir gün bunu adlamaq və daha sağlam yerlərə çıxmaq ümidi ilə...

# 9235 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
# # #