“Xudayar” kompleksi
Ziqmund Freyd XX əsrin taleyini müəyyənləşdirən 3 dahidən biridir.
Amma bu müdrik qoca ömrünün sonuna kimi qadının arzularınının, istəklərinin nə olduğunu anlaya bilmədi.
Kişilərdən nigaran getdi biçarə psixoanalitik.
Dahi Freyd anlamayıbsa, bəs dünyaya hələ də bapbalaca nəfəslikdən baxan, dar düşüncəli, dünyaya açıq olmağı bacarmayan azərbaycanlı kişi hardan anlasın?
O, təhsilini Qori seminariyasında başladı, arada Rusiya universitetlərinə baş vurdu, bu gün isə səsi Amerikadan, Avropadan gəlir.
Amma çifayda.
Hələ də qanında “Xudayar” kodlarını daşıyan zavallı kişilərimiz qadın dünyasını anlamağa qadir deyil.
Axı, o heç qadınla adi davranmaq qaydalarını belə mənimsəməyib.
Bu qaydaları mənimsəməkdə ona Sonyalar və Tanyalar da yardımçı ola bilmədi.
Annaların, Tanyaların, Marusyaların bakirə, kişi dostlarının olub-olmamasını vecinə almayan, siqaret çəkməsinə, araq içməsinə tolerant yanaşan (daha doğrusu vecsiz və tolerant görünməyə çalışan), amma ibtidai görünməkdən ehtiyatlanaraq cınqırını cıxarmağa qorxan, onlarla evlənib, uşaq böyüdən “Xudayar” bir gün rus qadınlarının diktaturasından bezib vətənə dönür.
Çünki onun içindəki Xudayar kompleksi hər şeydən güclüdür.
O vətənə dönən kimi az yaşlı bakirə qiz axtarışına çıxıb evlənir.
Ondan mühafizəkar geyinməyi, “ağır oturub, batman gəlməyi” tələb edir.
O, rus qadınları üzərində ağalıq edə bilməməyinin, gücsüzlüyünün heyfını barbarcasına azərbaycan qadınlarından çıxır.
O həmişə xof, şübhələr, özünə inamsızlıq duyğuları içində yaşayır.
Rus qadınlarının vurduğu psixoloji zədələr üzündən o qadınından daim xəyanət, arxadan zərbə gözləyir.
...Nəinki Rusiya, heç Avropa mühiti də Xudayar kompleksini dəyişmək gücündə deyil.
İllər ötəcək, əsrlər bir-birini əvəz edəcək, insanlar kosmosa turist səfərinə gedib- gələcək, amma bizim Xudayar heç dəyişməyəcək.
Xərçəngin də, QİÇŞ-in də dərmanı tapılacaq.
Bəşər tarixində kəşfləri ilə köklü dəyişiliklər edən alimlər təkcə “Xudayar sindromu” qarşısında aciz qalacaq.

Oxşar xəbərlər

Bu nə iş idi başıma gətirdin, mələk oğlum?
12:00
2 iyun 2025

Röyanın Kannda nə işi var?
14:30
24 may 2025

Kütlə həmişə kütdür
12:00
11 may 2025

Messi, Ronaldo, yoxsa Lamin Yamal...
10:59
7 may 2025

Tənqidçi sadə söz adamıdır, başqa heç nə...
11:00
27 aprel 2025

İndiki yazıların çoxunu o qəzet-jurnalların qapısından buraxmazdılar - Fəxri Uğurlu
10:00
26 aprel 2025