İçli dialoq
- Salam
- Necəsən?
- Orta şəkərli. Sən?
- Sənsiz...
- Neynirsən?
- Yazıram...
- Nə yazırsan?
- Sevgi məktubları...
- Oooo. Kimə?...
- Adsız ünvanlara, sahibsiz adlara…
- Necə oxuyum?
- Üzümə baxsan oxuyacaqsan...
- Mən səni neçə vaxtdi görmürəm axı... Necə oxuyum? Amma oxumaq istəyirəm…
- Oxuma, çox vaxtın gedər...
- Yaddaşım güclüdü...
- Yorularsan, usanarsan, vərəqləmək yorar səni... Vərəq-vərəq vərəqləmək gözlərini yorar sənin...
- Amma ruhum dincələr...
- Ruhmu önəmli, bədənmi?
- Mənim “bədənim ruhumun cəza köynəyidi”
- Bədən gedərdi, qalar deyil...
- Mən də gedəcəm
- Hara?
- Gəzməyə qərib şəhər, ölməyə kəndimiz yaxşı...
- Kim deyir ki, qəbrin orada olacaq?
- Buradamı dəfn edəcəksən?
- Səni urəyimdə dəfn edəcəm...
- Onda qoy ölüm, bu bəndi oxuya-oxuya:
“Məni qəlbində dəfn elə,
Kəfənsiz ölürəm, gülüm...”
- Necəsən?
- Orta şəkərli. Sən?
- Sənsiz...
- Neynirsən?
- Yazıram...
- Nə yazırsan?
- Sevgi məktubları...
- Oooo. Kimə?...
- Adsız ünvanlara, sahibsiz adlara…
- Necə oxuyum?
- Üzümə baxsan oxuyacaqsan...
- Mən səni neçə vaxtdi görmürəm axı... Necə oxuyum? Amma oxumaq istəyirəm…
- Oxuma, çox vaxtın gedər...
- Yaddaşım güclüdü...
- Yorularsan, usanarsan, vərəqləmək yorar səni... Vərəq-vərəq vərəqləmək gözlərini yorar sənin...
- Amma ruhum dincələr...
- Ruhmu önəmli, bədənmi?
- Mənim “bədənim ruhumun cəza köynəyidi”
- Bədən gedərdi, qalar deyil...
- Mən də gedəcəm
- Hara?
- Gəzməyə qərib şəhər, ölməyə kəndimiz yaxşı...
- Kim deyir ki, qəbrin orada olacaq?
- Buradamı dəfn edəcəksən?
- Səni urəyimdə dəfn edəcəm...
- Onda qoy ölüm, bu bəndi oxuya-oxuya:
“Məni qəlbində dəfn elə,
Kəfənsiz ölürəm, gülüm...”
Oxşar xəbərlər

Pampers dərdi və bərbər
10:00
14 iyun 2025

İsmayıl qurbanı əhvalatının müasir versiyası
12:00
6 iyun 2025

Bu nə iş idi başıma gətirdin, mələk oğlum?
12:00
2 iyun 2025

Röyanın Kannda nə işi var?
14:30
24 may 2025

Kütlə həmişə kütdür
12:00
11 may 2025

Messi, Ronaldo, yoxsa Lamin Yamal...
10:59
7 may 2025