Nazim Hikmət olmasaydı...

Nazim Hikmət olmasaydı...
27 iyul 2012
# 08:00
Nazim Hikmət olmasaydı, bu böyük şairi oxumasaydı...

O da şad-xürrəm yaşayacaqdı.

Pay torpağını satacaq, özünə ağ “07” alacaqdı. Sonra ata-anasının boğazına çökəcək, onların da pay torpağını satacaq, rüşvət verib işə girəcəkdi.

Torpağın pulun camaatın belindən çıxartmağa çalışacaq, rüşvətə qurşanacaqdı. Villası, maşını olacaqdı, amma bir gün səhər qapısını döyəcək, evində axtarış aparacaq, özünü isə həbs edəcəkdilər.

Devrimci kimi yox, rüşvətxor kimi həbs olunacaqdı.

Yenə də rüşvət verib canını qurtaracaq, şad-xürrəm yaşamaqda davam edəcəkdi.

Fırıldaqçılığından, camaatı necə aldatmağından fəxrlə danışacaqdı.

“Ata, bəs bizim niyə maşınımız yoxdur?” sualı ilə üzləşməyəcəkdi.

Kefli İsgəndərə dönməyəcək, qaraciyər serrozundan əziyyət çəkməyəcəkdi.

Nazim Hikmət oxumasaydı, vətən xaini yalanlarına inancaqdı və bu misraları tez-tez paylaşmayacaqdı:

“Vatan çiftliklerinizse,
kasalarınızın ve çek defterlerinizin içindekilerse vatan,
vatan, şose boylarında gebermekse açlıktan,
vatan, soğukta it gibi titremek ve sıtmadan kıvranmaksa yazın,
fabrikalarınızda al kanımızı içmekse vatan,
vatan tırnaklarıysa ağalarınızın,
vatan, mızraklı ilmühalse, vatan, polis copuysa,
ödeneklerinizse, maaşlarınızsa vatan,

vatan, Amerikan üsleri, Amerikan bombası,
Amerikan donanması, topuysa,
vatan, kurtulmamaksa kokmuş karanlığımızdan,
ben vatan hainiyim.
Yazın üç sütun üstüne kapkara haykıran puntolarla:
Nâzım Hikmet vatan hainliğine devam ediyor hâlâ”.

Amma əslində onu bu misralar dəli elədi:
“...ellerinizden geçinen
ve ellerinizden başka her şey
herkes yalan söylüyorsa,
elleriniz balçık gibi itaatli,
elleriniz karanlık gibi kör,
elleriniz çoban köpekleri gibi aptal olsun,
elleriniz isyan etmesin diyedir.
Ve zaten bu kadar az misafir kaldığımız
bu ölümlü, bu yaşanası dünyada
bu bezirgan saltanatı, bu zulüm bitmesin diyedir”.

Dostları Nazimin şairliyini, o isə inqilabçılığını sevdi.

Ah Nazim abi, ah!!!

Yakdın bizi, yakdın!!!


# 1131 dəfə oxunub

Oxşar xəbərlər

İsmayıl qurbanı əhvalatının müasir versiyası

İsmayıl qurbanı əhvalatının müasir versiyası

12:00 6 iyun 2025
Bu nə iş idi başıma gətirdin, mələk oğlum?

Bu nə iş idi başıma gətirdin, mələk oğlum?

12:00 2 iyun 2025
Röyanın Kannda nə işi var?

Röyanın Kannda nə işi var?

14:30 24 may 2025
Kütlə həmişə kütdür

Kütlə həmişə kütdür

12:00 11 may 2025
Messi, Ronaldo, yoxsa Lamin Yamal...

Messi, Ronaldo, yoxsa Lamin Yamal...

10:59 7 may 2025
Tənqidçi sadə söz adamıdır, başqa heç nə...

Tənqidçi sadə söz adamıdır, başqa heç nə...

11:00 27 aprel 2025
#
#
# # #