Cümlə qura bilən irəli - AYB-yə!
11 iyul 2011
11:33
Son vaxtlar ədəbiyyat adamlarının fikrini məşğul edən məsələlərdən biri də AYB-nin qurultayının keçirilməsi və qurultayın nəticələri ilə bağlı gözləntilərdir.
Açığı, bu barədə o qədər yazılıb və deyilib ki, adam çox vaxt ağzını ağrıtmağa da lüzum görmür. Lakin indiki və bundan sonrakı gedişatı şərtləndirən bir-iki məsələ var ki, onları deməsən olmur.
Birincisi, deyilənə görə, AYB üzvlərinin sayı həndəsi silsilə üzrə artaraq 2000-ə çatıb. Doğrusu, nə illah eləsən də, əli qələm tutanların hamısının elliklə AYB-yə üzv edilməsinin məntiqini anlaya bilməyəcəksən. Amma sən anlaya bilmirsənsə, bu burada heç bir məntiqin olmamasına dəlalət etmir.
Sözügedən məsələylə bağlı AYB rəhbərliyini söyüb-yamanlayarkən bir gerçəkliyi unutmaq olmaz – burada baş verənlər avtonom xarakterli deyil. AYB-nin günahı isə ümumi havaya qapılıb, özünü boş buraxmasıdır; bu təşkilat ölkəmizdə sel kimi hər şeyi ağuşuna almış kütləvi mədəniyyətə yenik düşməməli idi. Sözünün keçərli və sanballı olması üçün ədəbiyyatın elitarlığını qoruyub-saxlamağa çalışmalıydı. Elitar mədəniyyət, demək olar, bütün kulturoloji nəzəriyyələrdə populyar (kütləvi, “xalq”) mədəniyyətə qarşı qoyulur.
“Elita” sözünün özü də fransızcada – seçilmiş, ən yaxşı deməkdir. Elitanı ən məharətli, ən usta, istedadlı sənətkarlar təşkil edir. Və bunlar nəyin nə olduğunu çox gözəl bilirlər. Elitar mədəniyyət – dəyərlərin, normaların, texnologiyaların mənimsənilməsi ilə bağlı xüsusi təlim görməyi tələb edən professional, ixtisaslaşmış mədəniyyətdir. Burada ənənvi obrazlara, üsullara, ənənələrin özünə riayət edilməsi əsas götürülmür, əksinə, ənənənin pozulması, yeni ideyaların, mənaların axtarışı ön plana çıxır. Nitşenin BSU-da çapa hazırlanan “Zərdüşt belə buyurmuşdur” əsərində deyilir: yüksək mədəniyyət yalnız elə bir mühitdə mümkündür ki, burada icbari əmək kastası ilə birgə kütləviləşmənin qarşısnı alan azad əmək kastası da mövcud olsun. Xüsusilə də sənətdə.
İndi gəlin görək, bizim televiziya kanallarında, radioda, mətbuat səhifələrində görüb-eşitdiklərimizin elitar mədəniyyətlə bir bağlılığı varmı? Görünən odur ki, bizdə elitar mədəniyyət və kütləvi mədəniyyət adında qradasiya yoxdur. Muğamat və aşıq musiqisi bütün digər musiqi növlərinin anasını ağlar qoyub. “Ovqat” və “Səhər ovqatı” verilişlərinin əksər qonaqları “motalizm” ədəbi cərəyanını çox gözəl təmsil edirlər.
Hamısı da utanıb-qızarmadan AYB üzvü olduqlarını xüsusi qeyd etməyi unutmurlar. Burada hansısa ştamplardan azad olmaq, bənzərsizliyə və öz uslubunun formalaşmasına çalışmaq, yeni özünüifadə formaları tapmaq kimi çabalar görməzsiniz. Hara baxırsan, eyni mənzərəni görürsən. Kütləvi mədəniyyət o dərəcədə aqressivləşib ki, artıq sınır-sərhəd tanımır. “Manıs”lar və popsa sevdalıları, epiqonçular və plagiat ustaları gecələrini gündüzlərinə qatıb milləti korluq çəkməyə qoymurlar. Millət də, sağ olsun, əvəzini artıqlamasıyla verir. Min il əvvəl necəydisə, elə həmin qaydada folklor nümunələri ilə yetinməyə üstünlük verir.
Bu yaxınlarda dostumun dəvətilə bir aşıq məclisində oldum. Deməli, hərbi əlbisə geymiş aşıqlar bir-bir səhnəyə çıxıb, mərdlik-namərdlik, nakam eşq, duz-çörək, Allah-peyğəmbər haqqında mahnılar oxuyurlar. Arxamda da bir nəfər oturub, dəqiqəbaşı “bu yaxşı oxumadı, bu yaxşı çalmır, kənar vurur” deyə şərhlər verir. Axırda dözməyib, “kənar vurur, vursun da, siz niyə həyəcanlanırsınız?” - soruşdum.
- Necə yəni, camaatı aldadır axı! Düz çalmır.
- Camaatı aldadanlar elə o düz çalanlardır, - dedim. Amma yeri deyildi deyə fikrimi xırdalaya bilmədim və o adam da yəqin ki, məni “düz” başa düşmədi. Elə bildi, mən sadəcə höcətləşməyi xoşlayan adamam. Mənsə demək istəyirdim ki, sabitləşmiş normalar, qaydalar, nə bilim etalonlar, bəlkədə ictimai münasibətlərdə zadda müəyyən pozitiv rol oynayır, amma sənətdə bunlar pozulmaq üçün yaradılmışlar. Vəssalam!
Nə isə, AYB-nin niyə 2000 üzvü olduğu bəllidir. İndi qalır kənddə-kəsəkdə bütün cümlə qura bilənlərin hamısını bu təşkilata cəlb etmək.
Niyyətin hara, mənzilin də ora!

3608 dəfə oxunub
Oxşar xəbərlər
Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın
09:00
10 dekabr 2024
Şeiri yaradan məqamlar
12:00
24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı
13:20
7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?
17:00
15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub
11:30
23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi
12:00
19 sentyabr 2024